Accessibility links

Putin Rusiyanın ABŞ seçki kampaniyalarına müdaxiləsinə dair iddiaları rədd edib


Rusiya rezidenti Vladimir Putin Rusiyanın ABŞ və Avropa ölkələrinin seçki kampaniyalarına müdaxiləsinə dair israrlı iddiaları bir daha rədd edib.

Yanvarın 11-də bir qrup redaktor və media təmsilçiləri ilə görüşündə Putin Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin gərginləşməsinə görə Vaşinqtonu ittiham edib.

Putinin bu bəyanatlarından bir gün əvvəl ABŞ Senatının üzvü Ben Kardin son iki onillik ərzində Rusiyanın Avropa boyunca siyasətlərə iddia edilən müdaxiləsinə dair hesabatı açıqlamışdı.

Bu hesabatda Rusiyanın hərəkətləri ilə bağlı heç bir ölçü götürmədiyinə görə prezident Tramp da tənqid olunur.

ABŞ kəşfiyyatının və Konqres üzvlərinin Rusiyanın 2016-cı il seçikisinə müdaxiləsi ilə bağlı bəyanatları Moskva-Vaşinqton münasibətlərini gərginləşdirməkdə davam edir.

Buna baxmayaraq, Putin Kardinin hesabatı barədə konkret heç nə deməyib, iddiaları ümumən rədd edib.

Televiziya ilə göstərilən çıxışında Putin deyib: “Mənim nəzərimcə bu, tamamilə səhvdir. Özünün daxili siyasi məsələlərinə kiminsə qarışmasını heç kim istəməz. Bizim amerikalı dostlarımız isə bunu xüsusən xoşlamırlar”.

Tramp seçki kampaniyasından bəri Rusiya ilə daha yaxşı münasibətlərə can atdığını bildirir, lakin son aylarda hər iki ölkə diplomatların qarşılıqlı qovulması kimi əvəzə-əvəz hərəkətlərdə bulunub.

Bundan başqa bu ayın axırlarında ABŞ administrasiyasının Rusiyanın şirkətlərinə və siyasi bağları olan fərdlərinə qarşı geniş maliyyə sanksiyalarını elan edəcəyi gözlənilir.

Putin getdikcə pisləşməkdə olan münasibətlər barədə deyib: "Hazırda bu, bizdən asılı bir məsələ deyil, ABŞ-dan asılı məsələdir. Onlar xoş məram nümayiş etdirəcəklərmi? Onlar özlərində mərdlik tapıb və sağlam düşüncə nümayiş etdirib başa düşəcəklərmi ki, əslində Rusiya ilə münasibətlərin yaxşılaşdırılması Birləşmiş Ştatların da milli marağındadır? Amerikalılar özlərinin daxili siyasi çəkişmələrində Rusiya kartını oynadıqca bizim münasibətlərimiz korlanacaq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG