Accessibility links

Putin prezidentlik andı içib


1999-ildən bəri prezident və baş nazir kimi hakimiyyətdə olan Vladimir Putin bazar ertəsi Kreml sarayında dördüncü müddətə Rusiya prezidenti kimi and içib.

Konstitusiyanın qızıl rəngli nüsxəsinin üzərinə əlini qoyaraq and içən Putin Rusiya xalqına xidmət edəcəyini, onların hüquq və azadlıqlarını qoruyacağını və Rusiyanın suverenliyini müdafiə edəcəyinə söz verib.

"Mənim öz vəzifəmi və bütün həyatımın məqsədini Rusiyanın bugünü və gələcəyi üçün çalışmaqd, böyük millətimizin və hər bir rus ailəsinin rifahı üçün əlimdən gələni etməkdə görürəm” – deyə, Rusiyanın prezidenti Vladimir Putin bildirib.

Əgər Rusiya konstitusiyasında dəyişiklik olmasa Putin növbəti, beşinci dəfə prezidentliyə namizəd ola bilməyəcək.

Aleksey Navalnı Vladimir Putinin andiçmə mərasiminə görə keçirilən etiraz mitinqində. 5 may, 2018. Moskva, Rusiya.
Aleksey Navalnı Vladimir Putinin andiçmə mərasiminə görə keçirilən etiraz mitinqində. 5 may, 2018. Moskva, Rusiya.

Putinin Kremldə vəzifəyə başlaması ölkənin müxtəlif yerlərində keçmiş KQB zabitinin yenidən altı il müddətinə prezident olmasına görə keçirilən etiraz nümayişlərindən iki gün sonra baş tutub.

Rusiyanın məşhur müxalif lideri Aleksey Navalnı şənbə günü Moskvanın mərkəzində keçirilən aksiyada iştirak edərkən həbs olunmuşdu. Navalnı və onun yüzlərlə tərəfdarı Moskva və 90 ayrı şəhərdə baş tutan etirazlar zamanı həbsdə saxlanılıb. O, bazar günü azad edilib.

Mart ayında keçirilən seçkilərdə Putin zəif rəqiblərini üstələyərək 77 faiz səslə qalib gəlib.

Beynəlxalq müşahidəçilər seçkidə heç bir real seçim olmadığını və səsvermə zamanı xeyli sayda pozuntulara yol verildiyini bildirərək seçkini tənqid edib. Rusiya rəsmiləri isə pozuntuları “kiçik” adlandırıb, lakin bu faktlarla bağlı araşdırma apardıqlarını bildiriblər.

XS
SM
MD
LG