Accessibility links

Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü keçirilib


Soçidə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan, habelə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üctərəfli görüş keçirilib. Görüşdən əvvəl Rusiyanın dövlət başçısı hər iki prezidentlə ayrı-ayrı müzakirələr aparıb.

Vladimir Putin deyib ki, ağır və mürəkkəb regional məsələlərin həllinə dair müzakirələr xüsusi atmosfer tələb edir.”Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq format mövcuddur. Biz bu formata hörmətlə yanaşır və tərəfdaşlarımızla iş birliyini davam etdirəcəyik. Aramızdakı yaxın və tarixi əlaqələr keçmişdən gələn problemlərin həlli istiqamətində irəliləməyimiz üçün yaxşı bir imkandır“.

Rusiya prezidentinin məsələyə göstərdiyi marağa görə təşəkkürünü bildirən İlham Əliyev deyib ki, bu münaqişə xüsusi həll tələb edir. O, problemin olduqca uzandığını və Putinin danışqıların bərpasına təkan verəcəyinə inandığını ifadə edib. “Qeyd etdiyiniz kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq format, hüquqi baza mövcuddur. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal edlən Azərbaycan ərazilərinin qaytarılmasına dair 4 qətnamə qəbul edib. Təəssüflə qeyd etməliyəm ki, 20 il ötməsinə baxmayaraq, qətnamələr kağız üzərində qalmaqda davam edir”.

İlham Əliyev Minsk qrupu həmsədrlərinin tərəfləri yaxınlaşdırmaq səyləırinin nəticəsiz qaldığını vurğulayıb. Azərbaycanın dövlət başçısı yaxın dost, tərəfdaş və qonşu bir ölkə kimi Rusiyanın münaqişənin həllinə yardım edə biləcəyini deyib. İ.Əliyev beynəlxalq format və ədalət əsasında danışıqlar yolu ilə münaqişənin həll ediləcəyinə ümid bəslədiyini deyib.

Ermənistan prezidenti Serj Sarkisyan isə öz növbəsində münaqişənin Minsk qrupunun təklif etdiyi üç prinsipə əsasən həll edilməsinin vacibliyini önə çəkib. “Azərbaycan tərəfi həmişə BMT-nin qətnamələrinə əsaslanır. Azərbaycan özü qətnamədəki şərtlərin hansına əməl edib? Ermənistan qətnamlərə əsasən öz tərəfindən hərbi əməliyyatların dayandırılmana nail olub“.

Serj Sarkisyan tərəflərin biri-birini ittiham etməsi ilə münaqişənin daha da uzanacağını bildirərək, Rusiyaya bu məsələnin həllinə göstərdiyi marağa görə təşəkkür edib və münaqişənin Ermənistanın milli maraqları əsasında koimpromis yolu həll ediləcəyini vurğulayıb.

Valdimir Putin təəssüflə münaqişəsinin Sovet dövründən miras qaldığını qeyd edərək, bunun həllinin təmkin, hikmət və qarşılıqlı hörmət tələb etdiyini deyib.

XS
SM
MD
LG