Accessibility links

Putin Baydeni seçkilərdəki qələbəsi münasibətilə təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin Co Baydeni noyabrdakı ABŞ prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Kreml çərşənbə axşamı Putinin Baydenə “böyük uğurlar” arzuladığını və ABŞ ilə Rusiyanın “dünyanın üzləşdiyi bir çox problemin və çətinliklərin həllinə kömək edə biləcəyinə” inandığını bildirib.

Putin Bayden ilə “qarşılıqlı əlaqəyə və təmasa hazır olduğunu” əlavə edib.

Çox sayda dünya liderləri Baydenə təbriklərini göndərməyə və yanvar ayında vəzifəsinə başlayacaq ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə etməyə çağırıblar.

Putin daha əvvəl ABŞ-da keçirilən seçki nəticələrinin rəsmiləşdirilməsini gözləyəcəyini söyləmişdi. Bazar ertəsi Seçicil Kollegiyası Baydenin prezident Donald Tramp üzərində qələbəsini təsdiqləyib.

XS
SM
MD
LG