Accessibility links

Putin Baydenin Trampdan daha az impulsiv olduğuna ümid edir


Rusiya Prezidenti Vladimir Putin.
Rusiya Prezidenti Vladimir Putin.

Rusiya Prezidenti Vladimir Putin cümə günü ABŞ Prezidenti Co Baydenləilk sammitindən öncə onun sələfi Donlald Trampdan daha az impulsiv olduğuna ümid etdiyini bildirib.

Putin NBC News-a verdiyi müsahibədə Baydeni həyatını siyasətdə keçirən “karyera adamı” adlandırıb.

“Mənim böyük ümidim odur ki, bəli, onun bəzi üstünlükləri və bəzi mənfi cəhətlər var, amma hazırkı ABŞ Prezidenti tərəfindən impulsiv şəkildə addımlar atılmayacaq,” NBC News-un tərcüməsinə əsasən Putin bildirib.

Bayden ilk xarici səfəri çərçivəsində çərşənbə günü Cenevrədə Putinlə sammiti zamanı ABŞ-ın bir sıra şikayətlərini, o cümlədən Rusiyanın seçkiyə müdaxiləsi və haker hücumunu dilə gətirməyi planlaşdırır.

Putin 2016-cı il seçkisində açıq şəkildə Trampı dəstəklədiyini bildirmişdi. Tramp özü də Rusiya liderinə heyranlığını ifadə etmişdi və ikili arasında keçirilən ilk sammitdə onun seçkiyə müdaxilə etdiyini inkar etməsini qəbul etmişdi.

Bayden Boris Nemtsov daxil olmaqla bir neçə məşhur insanın ölümü ilə əlaqədar “qatil” adlandırdığı Putinlə bağlı hər hansı illüziyalara sahib olmadığını bildirib.

Putin “qatil” olub-olmadığına dair suala cavab olaraq deyib ki, bu söz Holliivudda geniş yayılmış “maço davranış”ın bir hissəsidir.

O deyib ki, bu cür diskurs “ABŞ-ın siyasi mədəniyyətinin bir hissəsidir və orada normal qəbul olunur. Amma burada deyil. Burada bu normal kimi qəbul olunmur.”

XS
SM
MD
LG