Accessibility links

Kreml: Putin və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri “regional münaqişələri” müzakirə edib


Kremlin bazar ertəsi bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin keçən həftə nadir hallarda Moskvaya səfər edən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə regiondakı münaqişələr və əlaqələrdəki böhranı müzakirə edib.

ABŞ səfirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Bernsin Prezident Co Baydenin xahişi ilə yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiyaya iki günlük səfər etdiyini bildirib.

CNN xəbər agentliyi keçən həftə Bernsin Moskvaya Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşunların toplanması ilə bağlı Kremlə xəbərdarlıq etmək üçün göndərildiyini, Rusiyadakı görüşlərindən sonra onun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdığı haqda məlumat vermişdi.

Kremlin sözçüsü bazar ertəsi bildirib ki, Putin və Berns ikitərəfli əlaqələr, “regional münaqişələr” və diplomatik münasibətlərdəki böhranı müzakirə edib. O, əlavə detllar barədə məlumat verməyib.

2005-2008-ci illərdə ABŞ-ın Rusiyada səfiri olmuş Berns Moskvaya Rusiya ilə ABŞ arasında münasibətlərdə ciddi böhranın mövcud olduğu zaman səfər edib.

Bayden yanvar ayında prezident vəzifəsinə başlayandan sonra Putinə təzyiqləri artırıb. May ayında Rusiya ABŞ-ı rəsmi olaraq “dost olmayan dövlət” elan edib.

Pentaqon keçən həftə Rusiyanın Ukrayna ilə sərhədə yenidən qoşunlarını toplaması ilə bağlı xəbərlər fonunda Ukraynada vəziyyəti diqqətlə izlədiyini bildirib.

Ukrayna Rusiyanın qoşunlarını artırması ilə bağlı xəbərləri açıq şəkildə rədd edib.

2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən bəri Rusiya tərəfdarı separatçılarla Ukrayna ordusu qarşıdurma vəziyyətindədir.

Bu ilin əvvəlində zorakılıqların artmasının ardınca Rusiyanın yaz aylarında Ukrayna sərhədlərinə 100 minə yaxın əlavə əsgəri qüvvə yerləşdirməsi eskalasiyanın güclünməsi ilə bağlı qoxuların artmasna səbəb olmuşdu. Kiyevin Qərbdəki müttəfiqlərinin təzyiqi altında Moskva sonradan geri çəkildiyini elan etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG