Accessibility links

Putin: Biz də nüvə sazişində iştirakımıza son qoyuruq


Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu
Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu

Prezidenti Vladimir Putin şənbə günü Rusiyanın Soyuq Müharibə dövrünün Orta-Mənzilli Nüvə Qüvəlləri Razılığında iştirakına son qoyduğunu elan edib. Rusiya bu addımı cümə günü ABŞ-ın eyni məsələ ilə bağlı elanından sonra atıb.

“Amerikalı tərəfdaşlarımız sazişdə iştiraklarına son qoyduqlarını elan edib. Biz də iştirakımızı dayandırırıq.” – deyə Putin şənbə günü televiziya ilə yayımlanan çıxışında bildirib.

Putin əlavə edib ki, Rusiya hipersonik raketləri də daxil olmaqla, yeni raketlərin hazırlanmasına başlayacaq. O, xarici işlər və müdafiə nazirlələrinə Vaşinqtonla tərksilah danışıqları təşəbbüsü göstərməmək tapşırığı verib.

ABŞ-ın və Rusiyanın bir-birinə cavab olaraq nüvə sazişindən çıxmaq qərarlarını bir çox siyasətçi və təhlilçi tərəfindən yeni silah yarışının başlanğıcı kimi qiymətləndirilir.

XS
SM
MD
LG