Accessibility links

Putin Avstriyanın aparıcı diplomatının toyuna qatılacaq


Rusiya prezidenti Vladimir Putin bu həftə Avstriyanın aparıcı diplomatının toyuna qatılacaq. Məlumatı Kreml təsdiqləyib.

Putin avqustun 18-də Berlində Almaniya kansleri Angela Merkellə görüşməlidir. Kremlin sözçüsü Dmitri Peskovunbildirdiyinə görə, o, Avstriyaya gedərək xarici işlər naziri Karin Kneisslin toyunda iştirak edəcək.

Rusiya liderinin xarici rəsminin dəvətilə şəxsi tədbirə qatılması nadir hadisədir.

Avstriyanın Xarici İşlər Nazirliyi Putinin səfəri barədə şərh verməyib.

53 yaşlı Kneisslin biznesmen Volfqanq Meilinger ilə Avstriyanın Ştiriya ştatında evlənəcəyi bildirilir.

Rusiya mediası Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakova istinadla yazıb ki, Rusiya prezidenti iyunda Vyanada olanda Kneissl onu toyuna dəvət edib.

Müstəqil baxışlı Kneissl xarici işlər naziri postuna Avstriya hökumətinin koalisiya tərəfdaşı olan sağ qanad Azadlıq Partiyası (FPOe) tərəfindən seçilib. Bu partiyanın Rusiyanın hakim Vahid Rusiya partiyası ilə əlaqələri var, Avropa İttifaqının Moskvaya sanksiyalarının qaldırılmasına tərəfdardır.

Rusiyaya sanksiyalar 2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqı və Moskvanın Ukraynanın şərqindəki separatçılara dəstəyinə görə qoyulub.

XS
SM
MD
LG