Accessibility links

Putin 9 may paradında Ukraynadakı müharibəni "yeganə düzgün qərar" adlandırıb


"Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edərək "önləyici zərbə"yə başladı və bu, "yeganə düzgün qərar" idi". Bunu Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçirilən paradda deyib.

Rusiyada və keçmiş SSRİ-nin bir sıra digər ölkələrində mayın 9-da Nasist Almaniyası üzərində qələbənin 77-ci ildönümü qeyd olunur. Bu il bayram Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda keçirilir.

Putinin sözlərinə görə, "xüsusi əməliyyat"ın başlanmasının səbəbi Rusiyanın təhlükəsizlik zəmanətlərini rədd edən və Ukraynanı Rusiyanın tarixi torpaqlarına, o cümlədən Krıma hücuma hazırlayan ABŞ və NATO ölkələrinin hərəkətləridir.

Putin təkcə İkinci Dünya Müharibəsində həlak olanlar üçün deyil, həm də 2014-cü ildə Odessada Həmkarlar İttifaqları Evində "neonasist atəşi" nəticəsində həlak olanlar, həmçinin Ukraynada həlak olan rus əsgərləri üçün ənənəvi 1 dəqiqəlik sükut elan edib. Prezident, həmçinin bildirib ki, ölən və yaralananların ailələrinə yardımla bağlı sərəncam imzalayıb.

Qələbə bayramından əvvəl bir sıra Britaniya və Amerika mediası kəşfiyyat mənbələrinə istinadən yazıb ki, Putin mayın 9-da Ukraynaya müharibə və ya səfərbərlik elan edə bilər. O belə açıqlamalar verməyib.

Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib. Bildirilir ki, hava şəraiti ilə əlaqədar paradın hava hissəsi ləğv edilib. "Qiyamət günü" adlanan təyyarə də daxil olmaqla, təyyarələr Qırmızı Meydan üzərindən uçmayacaq.

Bu gün Rusiyanın bir çox şəhərlərində "Ölməz alay" aksiyası keçirilir. İnsanlar əllərində müharibədə iştirak edən qohumlarının portretlərini daşıyırlar. Təşkilatçılar Ukraynadakı müharibə iştirakçılarının portretlərini də gətirməyə icazə veriblər.

Bir sıra şəhərlərdə keçirilən "Ölməz alay" mitinqlərində həbslər barədə xəbərlər var. Buna səbəb sakinlərin özləri ilə müharibə əleyhinə plakatlar gətirməsi olub. Etirazın bu formasına, xüsusən, Vesna hərəkatı tərəfindən çağırış edilib. Onun Sankt-Peterburqda və digər şəhərlərdə fəallarından bir neçəsi Qələbə Gününə az qalmış cinayət işi üzrə saxlanılıb.

Ukrayna da bu gün Qələbə Gününü qeyd edir. Nasist Almaniyası ilə müasir Rusiya arasında paralellər aparan Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində tezliklə Ukraynada iki Qələbə Gününün qeyd ediləcəyini, lakin "haradasa" birinin belə olmayacağını deyib.

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bir sıra şəhərlərində, xüsusən də Xersonda Qələbə Günü şərəfinə tədbirlər keçirilir. Özünü "DXR" elan etmiş respubıikada isə paradlar, əksinə, atəş təhlükəsi elan edilərək ləğv edilib.

XS
SM
MD
LG