Accessibility links

"Putinqrad"da Rusiya prezidentinə dəstək azalır


2011-ci ildə Rusiyanın şərmaye şəhəri olan Nijni Tagil sakinlərinin prezident Vladimir Putinə olan coşğun dəstəyi səbəbilə “Putinqrad” adlandırılmağa başladı.

Lakin doqquz il sonra belə görünür ki, Moskvanın 1400 kilometr şərqində yerləşən şəhərin sakinlərin arasında Putinə dəstək azalır.

İşçilər onlara edilən vədlərə baxmayaraq, dəhşətli yaşayış şəraiti səbəbilə artan məyusluq fonunda Putinin 2036-cı ilədək vəzifədə qalmasına imkan yaradacaq Konstitusiyaya düzəlişlərin əleyhinə çıxış edir. Rusiyada Konstitusiyaya düzəlişlərlı bağlı səsvermə iyulun 1-nə təyin olunub. Lakin refendum günündə izdihamların yaranmasının qarşısını almaq üçün səsvermə bir həftə öncədən başlayıb.

"Mən konstitusiyaya düzəlişlərin əleyhinəyəm, hökmranlıq edən, amma idarə etməyən çarın -Vladimir Vladimiroviç Putinin- tac qoyma mərasimidir,” dövlətə məxsus monopoliya olan Russian Railways-in 43 yaşlı mühəndisi Nikolay Nemtsov bildirir. O deyir ki, onun 430 dollarlıq aylıq maaşı kifayət deyil.

Nijni Tagil Dəmir və Polad Zavodunun 33 yaşlı operatoru Anton Juravlyev onunla razılaşır.

“Məncə səsvermə şoudur. Putin demək istəyir ki, ‘insanlar məni dəstəkləyir, mənə hələ ehtiyac var, tələbat var’,” şəhərin iki ən böyük şirkətindən birinin işçsisi Juravlyov deyib. Onun sözlərinə görə, onun maaşı son dörd ildə dəyişməyib: “Insanların əksəriyyəti onun əleyhinədir.”

Şərhçilər deyir ki, Kremlin 20 ildir hakimiyyətdə olan Putinin 16 il daha hakimiyyətdə qalmasına dəyişiklikləri sürətləndirilməsinin arxasındakı səbəb icitmai dəstəyin azalmasıdır.

Rəsmilər koronavirus pandemiyası səbəbilə Konstitusiyaya düzəlişlərlə bağlı aprelin 22-də təyin olunan səsvermə təxirə sallblar.

Levada Mərkəzinin məlumatına görə, Putinin etimad reytinqi may ayında 59 faizlə ən aşağı səviyyədə idi və Kreml səsverməni qələbə kimi göstərmək üçün lazım olan səsi əldə etmək məqsədilə seçici fəallığını artırmaqda çətinlik çəkir.

Levada mərkəzinin sosioloqu Denic Volkovun sözlərinə görə, Nijni Tagildəki kimi iqtisadi çətinliklər səbəbilə Putinin etimaq reytinqi illərdir azalır.

“Son beş ildə yoxsulluq davamlı olaraq artıb, insanların maddi vəziyyəti çətinləşib və bu fonda etimaq reytinqi azalıb.”

XS
SM
MD
LG