Accessibility links

Vladimir Putin durnalara yol göstərir


Rusiya prezidenti Vladimir Putin motorlu qlayderdə bir qrup gənc Sibir ağ durnasının uçuşuna rəhbərlik edib.

Rusiya televiziyasının haqqında geniş reportaj verdiyi hadisədə ağ kostyum geymiş cənab Putin yaşlı durnanı imitasiya edərək məhv olma təhlükəsi ilə üzləşən quşlara miqrasiya marşrutunu göstərib.

RİA-Novosti xəbər agentliyinin bildirdiyinə görə, cənab Putinin nailiyyətləri qarışıq olub. Belə ki, prezidentin qlayderini beşdən çox quş izləməyib.

Putin Vladivostokda keçirilən Asiya-Sakit Okean dövlətlərinin sammitinə gedərkən ornitoloji araşdırma mərkəzində dayanıb.
XS
SM
MD
LG