Accessibility links

Vladimir Putinin yeni “favoriti” kimdir?


“Bloomberg” agentliyi Rusiya prezidenti Vladimir Putinin yeni “favoritini” açıqlayıb.

Onun 35 yaşlı iqtisadi inkişaf naziri Maksim Oreşkin olduğu bildirilir.

Agentlik 3 məmurə istinadən yazır ki, Oreşkinin nazirlikldə islahatlar aparmaq üçün geniş səlahiyyətləri var.

Amma agentlik qeyd edir ki, nazirin öz rəhbərini islahatlara başlanmasının vacibliyinə inandırıb-inandırmayacağı hələlik bəlli deyil.

“Biz gələcəyin nazirliyini yaradırıq. Əsas tapşırıq güclü insanları cəlb edib, onlar üçün inkişaf mühiti yaratmaqdır”,Oreşkin deyib.

Putinin favoriti olub-olmamasına gəldikdə isə nazir bu suala cavab verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov da “Bloomberg”in sorğusuna cavab verməyib.

Maksim Oreşkin
Maksim Oreşkin

Agentlik qeyd edir ki, əvvəlki nazirlər dövlətin biznesə təzyiqini azalda bilməyib.

Amma Oreşkin hazırda Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksey Kudrin və biznes-ombudsmanı Boris Titovla birlikdə Rusiyada islahatlarla bağlı 3-cü rəsmi layihə hazırlayır.

Bundan başqa agentlik yazır ki, Oreşkin Böyük 20-lər ölkələrinin Hamburqda keçirilən sammitində Rusiya tərəfdən əsas fiqur olub,”Rosstat”-ı öz nəzarətinə götürüb və Dünya Bankında maliyyə naziri Anton Siluanovu əvəz edib.

Oreşkin vəzifəsindən kənarlaşdırılan keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi əvəz edir.

O, 2016-cı ilin noyabrınadək maliyyə nazirinin müavini vəzifəsində işləyib.

Karyerasına “Bank Rossii” və “Rosbank”dan başlayıb.

XS
SM
MD
LG