Accessibility links

Putinin gənclər ordusu [Video]


Putinin gənclər ordusu
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Putinin gənclər ordusu

9 May Qələbə Günü paradından öncəki axşam Qırmızı Meydanda sonucu hazırlıq işləri görülür. Bu il ilk dəfə Vladimir Putinin “Gənclər Ordusu” parad iştirakçıları arasında olacaq.

“Yunarmiya Vətənpərvər Hərəkatı” adlanan qurumun bir il öncə yüzlərlə üzvü var idi. İndi isə 11-18 yaş arası bu gənclərin sayı 30 mindən artıqdır.

“Həqiqət ondadır ki, Yunarmiya gənclərin etiraz hərəkatlarına qoşulmasının qarşısını almaq üçün yaradılıb.”

Martın 26-sı ölkənin hər yerində keçirilən razılaşdırılmamış anti-korrupsiyaya mitinqi gənclərin iştirak sayına görə çoxlarını təəccübləndirdi.

Dövlət mediasından çox kiçik diqqət almasına baxmayaraq, bu mitinqdə on minlərlə etirazçı iştirak etdi və yüzlərlə insan həbs edildi. 20 yaşlı David-Viktor Ratkin onlardan biri idi.

“Sən sosial şəbəkə istifadəçisisənsə məlumat toplamaq çox asandır. Yaşlı nəslin isə əksəriyyəti İnternet istifadəçisi deyil və onlar bütün məlumatları bu cür aksiyaları işıqlandırmayan televiziya kanallarından alırlar.”

“Sən sosial şəbəkə istifadəçisisənsə məlumat toplamaq çox asandır. Yaşlı nəslin isə əksəriyyəti İnternet istifadəçisi deyil və onlar bütün məlumatları bu cür aksiyaları işıqlandırmayan televiziya kanallarından alırlar.”

Hökümət-meylli qruplar öz anti-Qərb təbliğatları ilə rusiyalı gənclərə İnternet vasitəsilə çatdırırlar.

Putinin Gənclər Ordusu hərbiləşmiş milliyətçi nəslin artması ilə bağlı narahatlıqlara səbəb olur.

“Bu mövzuda təbii ki, ayıq olmaq lazımdır. Ölkədə Kremlin təsiri altında olmayan çoxlu sayda milliyətçi təşkilatlar var və belə görünür ki, onlar bu mübarizədə Kreml tərəfdarlarından daha güclüdürlər.”

Müəllimin tələbələrə etiraz aksiyalarına getməmələrini deməsindən sonra tələbələrin onu çətinliyə salan sualların verməsi videosu İnternetdə yerləşdirilib.

Amma Rusiyanın bu cür gəncləri azlıqdadır.

“Mənin proqnozum nikbin deyil. Çünki əhalinin əksəriyyəti ya heç bir iş görməyib divanda oturanlar, ya da ki, hakimiyyətin siyasi kursunu dəstəkləyənlərdir.

Buna baxmayaraq, Gənclər Ordusu kimi təşəbbüslər Kremlin gənclərin siyasi fəallığı ilə bağlı narahatlığını və bunun qarşısını alınmasında daha fəal olmaq istədiklərini nümayiş etdirir.

XS
SM
MD
LG