Accessibility links

Putin İtaliyanı sanksiyaları yüngülləşdirməyə çağırdı


Rusiya Prezidenti Vladimir Putin deyir ki, İtaliyanın populist hökumətinin Avropa Birliyinin yeni rəhbərlərini Moskvaya sanksiyaları yüngülləşdirməkdən ötrü dilə tutacağına ümid edir.

“Ümid edirik, İtaliya öz mövqeyi barədə davamlı və aydın şəkildə danışacaq... Rusiya və Avropanın münasibətlərinin normallaşması üçün savaşacaq,” Putin iyulun 4-də Romaya bir günlük səfəri zamanı mətbuat konfransında deyib.

Avropa ölkələri Rusiya bazarında milyardlarla dəyəri olan məhsul satmaq şansını qaçırıb.

Putin İtaliyanın baş naziri Cuzeppe Konte və prezident Sergio Mattarella ilə görüşüb. O, mətbuat konfransında deyib ki, Rusiya İtaliyanın AB və Moskvanın münasibətlərini yaxşılaşdırmağa çalışdığını görür, ancaq bu cəhdin Avropanın bəzi paytaxtları tərəfindən əngəlləndiyini də anlayır.

“Avropa ölkələri Rusiya bazarında milyardlarla dəyəri olan məhsul satmaq şansını qaçırıb. Bu, hamımız üçün itki deməkdir,” Putin Konte ilə birgə mətbuat konfransında deyib.

Putin günortadan sonra Vatikanda olub, Roma Papası Fransis ilə görüşüb.

Putin Roma papası Fransislə görüşür.
Putin Roma papası Fransislə görüşür.

Bir gün sonra isə Ukraynanın katolik liderləri Vatikana ikigünlük səfər edəcək, ölkədəki böhranı müzakirə edəcək.

2015-ci ildə papa Putini Ukraynada sülhün bərqərar olmasından ötrü “səmimi və böyük cəhd” göstərməyə çağırmışdı. Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələri ilə münaqişə aparır.

Bəzi müşahidəçilərin fikrincə, Putinin səfəri papanın Rusiyaya potensial səfərinə yol aça bilər.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Avropa Birliyinin sanksiyaları ilə üzləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG