Accessibility links

Putin amerikalıların məsələlərə yaradıcı yanaşma tərzini bəyənir


Rusiya prezidenti Vladimir Putin amerikalıların kreativliyinə yüksək qiymət verdiyni, ABŞ-da baş verən hadisələri diqqətlə izlədiyini və “çar” ifadəsinin ona yaraşmadığını deyib.

Rusiya lideri bu açıqlamaları CBS teleşirkətinin “60 dəqiqə” proqramında müsahibəsi zamanı bildirib. Tele şirkət bazar günü efirə çıxacaq müsahibədən hissələri yayımlayıb.

Amerikalıların hansı cəhətini daha bəyəndiyi sualına cənab Putin “məsələlərin həllinə yaraadıcı yanaşma tərzi” cavabını veirb. O, amerikalıların açıqlığı və sadəliyini yüksək qiymətləndirdiyini deyərək, bunun insanların daxili potensialını müəyyən etməyə imkan verdiyini bildirib. “Bunu sayəsində Amerika öz inkişafında çox böyük nailiyyətlər qazanıb”-deyə Rusiya lideri bildirib.

Vladimir Putin ABŞ-da baş verən hadisələrlə maraqlandığını və bu hadisələri diqqətlə izlədiyini deyib.

“Amerika dünyada ümumilikdə vəziyyətə böyük təsir göstərir”-deyə Vladimir Putin bildirib.

XS
SM
MD
LG