Accessibility links

Putin özünü koronavirusdan qorumağa çalışır


Moskva hökuməti virus səbəbiylə evdə qalmaq göstərişinə əməl etməyən insanları smartfona yüklənmiş App vasitəsilə izləməyə başladığı bir vaxt, Kreml çərşənbə günü prezident Vladimir Putinin özünü koronavirusdan qorumaq üçün tədbirlər gördüyünü bildirib.

Kreml keçən həftə Putinlə görüşən bir həkimə yoluxucu virus diaqnozu qoyulduğunu və prezidentin çərşənbə günü hökumət iclasını video-konfrans vasitəsilə keçirəcəyini bildirib.

Keçən həftə Putini Moskvanın əsas koronavirus xəstəxanası ilə tanışlıq edən Denis Protsenko Rusiya liderinə əl verib. Protsenko hazırda özünü kabinetində təcrid edir.

Putinin sağlamlığının yerində olduğunu deyən Kreml prezidentin indi digər insanlardan uzaq durmağa və uzaqdan işləməyə üstünlük verdiyini bildirib.

Bu arada Vladimir Putin bazar ertəsi Donald Trampla telefonla virusla mübarizə yollarını müzakirə edərkən ABŞ-a yardım təklif edib. İnterfaks xəbər agentliyinin məlumatına görə, Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG