Accessibility links

Putinin Krımdan aldığı səslərin yüksək diplomatik bədəlləri ola bilər


Rusiya prezidenti Vladimir Putin bu həftə Sevastopolda səhnəyə çıxdığı zaman əhval-rruhiyyəsi çox yüksək olub. Orada o, Rusiyanın Krımı ilhaq etməsini qanuniləşdirən beynəlxalq ictimaiyyətin qəbul etmədiyi refendumun dördüncü ildönümümü qeyd etmək üçün təşkil olunan ultra-vətənpərvər mitinq- konsertdə iştirak edib.

“Siz dörd il öncə tarixi qərar verdiniz,” deyə o, izdihamı tərifləyərək söylərib. “Qərarınıza görə, təşəkkür edirəm, Sevastopol və Krım ümumi vətənlərinə - Ana Rusiyaya qayıtdılar,” o deyib.

Bazar günü keçirilən Rusiya prezident seçkilərindən öncəki kampaniya çərçivəsində Krımı ziyarət edən Putin Qərbə onun prezidntliyini xarakterizə edən qanun pozuntularını xatırladıb.

Bu qanun pozuntularına təkcə Krımın ilhaqı və Suriya prezidenti Bəşər Əsədə hərbi dəstək deyil, həm də Segei Skripal və qızının zəhərlənməsi, keçmiş gercestanlı sülhməramlının Cənubi Ossetiyada Rusiyanın dəstəklədiyi təhlükəsizlik rəsmilərinin əlində ölməsi kimi diplomatik mübahisələr daxildir.

Fransa Xəbər Agentliyinin verdiyi məlumata görə, Rusiyanın Qara Dəniz flotunun tarixi vətənində Putinlə görüşə 15 min insan gəlib. Putinin helikopteri Sovet dövrünə aid mahnıların səsləndiyi səhnə üzərində uçarkən orada izdiham Putini alqışlayıb və şüarlar səsləndirib.

Kremlin oyunların

Tanınmış rusiyalı vəkil Yelena Lukyanovanın sözlərinə görə, Putinin Moskvanın hərbi və siyasi baxımdan yüksək bədəlli ilhaqını tərifləməsinə baxmayaraq, Rusiyanın xarici ölkələrdəki təcavüzlərinin ən ağır bədəlini Rusiya vətəndaşları ödəyir. “İndiyədək Putinin günahlarının cəzalarını o özü deyil, onu dəstəkləməyən vətəndaşlar daxil olmaqla adi rusiyalılar çəkib,” o deyib.

“Mən, sadəcə Rusiya vətəndaşı olduğum üçün, Rusiya pasportuna sahib olduğum üçün Avropada filialı olan Amerika bankında hesab aça bilmirəm,” deyə ilin müəyyən hissəsini Latviyada keçirən Lukyanova söyləyib.

Ukrayna rəsmiləri Kiyevin suverenliyi və ərazi bütövlüyünü bərpa etmək kampaniyasına Qərbin dəstəyini cəlb etsə də, bu yaxınlarda prezident Petro Poroşenko Böyük Yeddilik ölkələrinin nümayəndələrini Moskvanın “bu həftə Ukraynanın Krım ərazisində təşkil etdiyi seçki saxtakarlığını” qınamağa çağırıb.

Müxalifətə qarşı təqib

Yerli etnik Krım tatarları deyir ki, son günlərdə Rusiya tərəfdarı separatçıların təzyiqləri artıb. Bəzi hallarda onlar Krım tatarlarının tanınmış islam xadimləri, müəllimləri, həkimləri və biznesmenləri və onların ailələrini Rusiyanın gizli xidməti olan FSB ofislərinə dəvət edib və onlara təzqiq göstərib.

Krım tatarlarının Məclisinin sədri Refat Çubarovun dediyinə görə, Rusiyanın kəşfiyat əməliyyatçıları Krım ərazisində seçkilərlə eyni vaxta təsadüf edə və qanuni seçki prosesi imicinə xələ gətirə biləcək Rusiya əleyhinə etirazları neytrallaşdırmağa çalışır.

Krım tatarları etiraz etməyi planlaşdırmasa da, Çubarov deyib ki, Ukraynalı qanunvericilər Rusiyanı dünyadan təcrdi etmək üçün strategiları müzakirə edir.

2014-cü ildə Krımı ilhaq etdikdək dərhal sonra oraya getməsini qadağan edilən Çubarov həmçinin deyib ki, qanunvericilər Avropa boyu siyasətçiləri Rusiyanın rəsmi dəvətlərini rədd etməyə çağırır.

1999-cu ildən bəri və hətta Sovet diktatoru İosif Stalindən daha çox hakimiyyətdə olan və Putin Krımın Rusiya ilə birləşməsini istəyən bəzi Krım tatarları təfəfindən dəstəklənir.

“Krım tatarlarının Krımda təqib olunduğu doğru deyil,” deyə 43 yaşlı Qanif Serveroviç bildirib. O, çərşənbə günü keçirilən mitniqdə iştirak etmək üçün dağın başında yerləşən Baxçisaray şəhərindən gəldiyini vurğulayıb.

“Bunu Qərbdə uydururlar, çünki onlar bizim sülh içində yaşamağımızı istəmirlər,” o deyib.

XS
SM
MD
LG