Accessibility links

Putin: Müntəzəm olaraq 3-4 gündən bir koronavirusa test olunuram


Rusiya prezidenti Vladimir Putin Moskva ətrafında Novo Oqaryovoda iqamətgahında, 20 iyun, 2020.

Rusiya prezidenti Vladimir Putin “Rossiya1” telekanalının efirində hər 3-4 gündən bir koronavirusa test edildiyini və onların hamısının mənfi nəticə verdiyini bildirib.

Bununla yanaşı, Rusiya prezidenti “koronavirusun kim tərəfindənsə süni şəkildə hazırlandığına” inanmaq üçün heç bir əsas olmadığını deyib. Onun fikrincə, “bunun haradan gəldiyi ilə bağlı mülahizələr irəli sürmək deyil, baş verənlərin qarşısının alınması vacibdir".

Rusiya dünyada koronavirus infeksiyalarının ən çox yayıldığı üçüncü ölkədir. Ölkədə COVID-19-a yoluxanların sayı 634000-dən çoxdur. Epidemiya başlayandan Rusiyada 9000-dən çox pasiyent həyatını itirib.

Son bir gün ərzində Rusiyada koronavirusa yeni 6791 yoluxma halı qeydə alınıb, 104 nəfər ölüb.

Rusiya hökuməti ölüm statistikasına virusa yoluxub ölənlərin hamısını deyil, infeksiyanın ölümün əsas səbəbi olduğu halları aid edir.

Federal ştabın statistikası ilə regionlardakı rəqəmlər çox vaxt üst-üstə düşmür. Ştabın ölüm hallarının sayı ilə bağlı statistikası isə Rosstat və regionlarda göstərilən rəqəmlərdən daha az olaraq fərqlənir. Rəsmilər bunu fərqli hesablama metodları ilə izah edir.

Şərhlərə bax

XS
SM
MD
LG