Accessibility links

Putinin sözçüsü baş nazirin Liviya məsələsində şəxsi fikrini ifadə etdiyini bildirib


Rusiya Baş naziri Vladimir Putinin sözçüsü Dmitri Peskov,
Rusiya Baş naziri Vladimir Putinin sözçüsü Dmitri Peskov,

Rusiyanın Baş naziri Vladimir Putinin sözçüsü bildirib ki, prezident Dmitri Medvedevin Liviyada böhranla bağlı açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirdyi halda, baş nazirin şərhləri onun şəxsi fikirlərinə əsaslanır. Dmitri Peskov deyib ki, cənab Putinin BMT-nin Liviyaya qarşı dəstəklədiyi hava hücumlarını “orta əsrlərin səlib yürüşü” kimi təsvir etməsi onun şəxsi fikridir. Peskovun sözlərinə görə, prezident Medvedevin mövqeyi isə Rusiyanın yeganə rəsmi mövqeyini əks etdirir. Cənab Putinin BMT qətnaməsini tənqid etməsi baş nazir və prezident Medvedev arasında fikir ayrılıqlarının dərinləşməsinə dair danışıqlara yol açmışdır. Rusiya prezidenti cənab Putinin şərhlərini qəbuledilməz adlandırmışdır. Rusiya BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı hava hücumlarına dair qətnaməsinə bitərəf mövqe nümayiş etdirib.

XS
SM
MD
LG