Accessibility links

Putin Qərbi təhdid edir


Putin Qərbi təhdid edir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Rusiya prezidenti Vladimir Putin Rusiya parlamenti qarşısında illik məruzəsində Qərbə, xüsusilə də Vaşinqtonun Avropada nüvə raketləri yerləşdirdiyi halda, Birləşmiş Ştatlara assimmetrik cavab verməklə təhdid edib. NATO-ya qarşı yönəlmiş bir sıra təhdidlər arasında Rusiya lideri həmçinin ölkəsinin qarşıdurma istəmədiyini deyib və ABŞ-ın Moskvanın narahatlıqlarını ünvanlamadığı təqdirdə Qərbdə “ qərarların verildiyi mərkəzlərin hədəf alınacağını bildirib. NATO Rusiyanın bu təhdidlərini qəbuledilməz adlandırıb.

Son illər Qərbə qarşı ən mübahisəli çıxışlarından birində Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatları orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilədən çıxdığına görə kəskin tənqidlərə məruz qoyub.

Putin Amerika rəhbərliyinə orta mənzilli raketlərin yerləşdirilməməsinə dair xəbərdarlıq edib.

“Birləşmiş Ştatlar orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilədə göstərilən müddəaların nəzərə almayıb və bilərəkdən onlara məhəl qoymayıb. Xüsusilə də müqaviləyə əsasən, mən sitat gətirirəm: “tərəflərdən hər biri orta mənzilli raketlər və onların buraxılması üçün raket qurqularını ləğv etməlidir.”

Rusiya Federasiya Şurası qarşısında illik hesabat məruzəsində Rusiya prezidenti deyib ki, Moskva təkcə ABŞ silahlarının yerləşdirildiyi ölkələr deyil, Birləşmiş Ştatların özünü hədəf alacaq.

“Rusiya təkcə bizə təhlükə yaradan raketlərin yerləşdirildiyi ərazilər deyil, bu raketlərin bizə qarşı istifadə edilməsi haqda qərarların verildiyi yerlərə yönəlmiş silahların yaradılması və onların yerləşdirilməsi məcburiyyətində qalacaq”, Rusiya prezidenti Vladimir Putin bildirib.

ABŞ və NATO müttəfiqlərinin Moskvanın soyuq müharibə dövrünə aid müqaviləni pozduğuna dair beş ildir irəli sürdüyü ittihamlardan sonra Tramp administrasiyası fevralın 2-də Rusiya ilə nüvə silahlarına nəzarətə dair mühüm orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqaviləni dayandırıb.

“Rusiya Birləşmiş Ştatların təhlükəsizlik maraqlarını təhlükə altına alıb və biz Rusiyanın utanmazcasına onu pozduğu halda, bundan sonra müqavilə ilə məhdudlaşa bilmərik,” ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Vaşinqton Moskvaya orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqaviləyə əməl etmək üçün avqustun 2-də müqavilədən çıxana qədər vaxt verib. NATO bildirib ki, ruslar 9M729 raket sistemləri inkişaf etdirib yerləşdirməklə müqaviləni pozub. Qərb alyansı sistemin “Avro-atlantik təhlükəsizlik üçün ciddi risklər təşkil ediyini” iddia edir.

XS
SM
MD
LG