Accessibility links

Putin "xarici agentlər" haqda qanunu imzalayıb


Rusiya prezidenti Vladimir Putinin insan haqları müdafiəçiləri və müxalif siyasətçilərin demokratik proseslərə zidd adlandırdığı qanunu imzalayıb.

Dekabrın 30-da qüvvəyə minən "xarici agentlər" haqda mübahisəli qanunda bir neçə düzəliş nəzərdə tutulur. Buraya "xarici ölkələrin mənafeyinə" siyasi fəaliyyətlərdə iştirak etdiyi hesab edilən fərdlər və ictimai təsisatların "xarici agentlər" kimi tanınmasına imkan verilməsi daxildir.

Belə təşkilatlardan fəaliyyətləri barədə məlumat vermələri və maliyyə yoxlamalarından keçmələri tələb olunacaq.

Putin bu kimi qeydiyyatlardan keçməyən və ya fəaliyyətləri barədə məlumat verməyən “xarici agent” adlandırılanlar üçün beş ilə qədər həbs cəzasını nəzərdə tutan ayrı bir qanun layihəsini də imzalayıb.

"Xarici agent" kimi tanınmaq üçün mitinqlər və ya siyasi debatlarda iştirak etmək, dövlətin siyasəti barədə rəy bildirmək, seçki və ya referendumun müəyyən nəticələrinə təşviq etməyə yönəlmiş fəaliyyətlər, ya da xarici bir qurumun mənafeyi baxımından seçkilərə və ya siyasi partiyalara müşahidəçi qismində qatılmaq əsas ola bilər.

Amnesty International qanun layihəsini tənqid edərək, bunun təkcə Rusiyadan kənardan maliyyə alan vətəndaş cəmiyyəti təşkilatları deyil, bir çox digər qrupların da işini ciddi şəkildə məhdudlaşdıracağını bildirib.

XS
SM
MD
LG