Accessibility links

Vladimir Putin: "Qarabağ düyünü"nün açılmasına hər cür yardım göstərməyi davam etdirəcəyik


Vladimir Putin və Serj Sarkisyan
Vladimir Putin və Serj Sarkisyan

"Rusiya Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında maraqlıdır. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Yerevan və Bakı ilə birbaşa əlaqələr vasitəsilə "Qarabağ düyünü"nün açılmasına hər cür yardım göstərməyi davam etdirəcəyik. Ümid edirik ki, Ermənistan və Azərbaycan qalib və məğlublar olmadan kompromisə nail ola biləcəklər”, - Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Ermənistan prezidenti ilə danışıqlardan sonra mətbuat konfransında bildirib.

Öz növbəsində Sarkisyan Putinin Əliyev, Ruhani və Ərdoğanla görüşünü nəzərdə tutaraq deyib ki, “son həftə Rusiya prezidentinin intensiv xarici əlaqələri” Yerevanda diqqətlə izlənilib.

"Mən bu görüşlərin gedişi haqda məlumata görə Rusiya prezidentinə təşəkkür edirəm və əminəm ki, Ermənistan regionda Rusiyanın rolunun canlanmasından ancaq qazana bilər”, - Sarkisyan deyib.

Qarabağ məsələsinə toxunan Sarkisyan “hərbi əməliyyatların dayandırılması haqda 1994-1995-ci illərin üçtərəfli müddətsiz sazişinin yerinə yetirilməsinin, insidentlərin araşdırılması mexanizminin yaradılmasının, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsinin vacibliyini təkrarlayıb.

Sarkisyan "sülh prosesinə verdiyi böyük şəxsi töhfəsinə görə" Putinə təşəkkür edib.

Sonra Ermənistan növbəti dəfə işarə edib ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın muxtariyyət məsələsinin həllini qəbul etmir.

"Qarabağ probleminin mahiyyəti Qarabağ xalqının öz müqəddəratını təyinetmə mübarizəsidir. Bu problemin həllində bütün xalqların ayrılmaz hüququdur. Bu gün Rusiya prezidenti ilə məhz bu barədə ətraflı söhbət etdik”, - deyə o bildirib.

Brifinq zamanı erməni jurnalist Putinə sual verub: Bu, doğrudurmu ki, Sankt-Peterburqda üçtərəfli görüşdə erməni tərəfi Dağlıq Qarabağ ətrafında beş rayonu, sonra isə daha üç rayonu qaytarmağa razı olub?

Sonra həmin jurnalist soruşub: Azərbaycan tərəfinin böyük sayda silah aldığı, Ermənistana isə Rusiya silahlarının göndərişinin “axsadığı” bir şəraitdə növbəti gərginlik üçüm zəmin yaranmırmı?

Putin rayonların qaytarılması barədə məlumatı şərh etməkdən imtina edərək həmin bəyanatın müəllifinə müraciət etməyi tövsiyə edib.

Lakin o işarə edib ki, KİV-ə bu mövzunun sızdırılması “sorğunu formalaşdırmaq” məqsədi daşıyır və bunda qeyri-adi heç nə yoxdur, bu, adi praktikadır.

Ermənistan vəziyyətdən çıxış yolu axtarır və "iqtisadiyyatın inkişafı və insanların daha da yaxşı yaşamasından ötrü bütün infrastruktur, iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasında maraqlıdır.

Azərbaycan tərəfi də buna can atır. Amma elə yanaşmalar və sxemlər tapmaq lazımdır ki, heç kim özünü nə qalib, nə də məğlub hiss etməsin, Azərbaycan və Ermənistan liderlərinin bu qərarı hər iki ölkənin cəmiyyəti tərəfindən qəbul edilsin, Putin bildirib.

İkinci sualı cavablandıran Rusiya prezidenti deyib ki, Rusiya Ermənistan qarşısındakı öhdəliklərindən imtina etmir.

Lakin müasir silah bazarında istənilən ölkə istənilən silahı ala bilər.

Azərbaycan böyük həcmdə qızıl -valyuta ehtiyatlarına malik ölkədir və istədiyi yerdən silah ala bilər.

“Başa düşürsünüzmü, istədiyi yerdən”, - Putin vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG