Accessibility links

Putin qaza dair təklifi rədd etdiyinə görə Ukraynaya xəbərdarlıq edib


Ukraine
Ukraine
Rusiya Ukraynaya Moskvanın Kiyevə satdığı qazın qiymətini 20 faiz azaldılması haqda təklifi rədd etdiyinə görə xəbərdarlıq edib.

Prezident Vladimir Putin deyib ki, Ukrayna qazın qiymətinin daha da azaldılmasını istəyərək danışıqları çıxılmaz vəziyyətə salır. Rusiyanın xəbər agentlikləri cənab Putinə istinadən onun Ukraynanın təklifi qəbul etmədiyi təqdirdə müzakirələrin yeni bir səviyyəyə çıxacağını dediyi haqda məlumat verib.

Ukraynanın Baş naziri Arseni Yatsenyuk bundan öncə min kubmetr qaza görə 100 dollar səviyyəsində endirimin sazişin yenidən bağlanması üçün münasib olmadığını deyib.

2009-cu ildə imzalanmış müqaviləyə görə, Rusiya min kubmetr qazı Ukraynaya 485 dollara satır.

Rusiya və Ukrayna rəsmiləri qazın qiyməti ilə bağlı mübahisə həll etmək və Ukraynanın enerjiyə görə bir neçə milyard dollarlıq borcu məsələsini müzakirə etmək məqsədilə Brüsseldə danışıqları bu gün davam etdirib.
XS
SM
MD
LG