Accessibility links

Putin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmaq istədiyini rədd edir


Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə ölkə prezidenti kimi vəzifə müddəti bitdikdən sonra hakimiyyəti əlində saxlamağı planlaşdırdığını inkar edir.

67 yaşlı Putin çərşənbə günü etdiyi çıxışında konstitusiyaya təklif etdiyi köklü dəyişikliklərin onun 20 ildir idarə etdiyi ölkədə hakimiyyəti əlində saxlamasına imkan verəcəyinə dair ittihamları rədd edib.

Mənim fikrimcə, 1980-ci illərin ortalarında dövlət başçılarının bir-bir son günlərinə qədər vəzifədə qalaraq, hakimiyyətin keçidi üçün şərait yaratmadıqları bir vəziyyətə qayıtmaq narahatlığa səbəb olardı

Şənbə günü dogma Sankt Peterburq şəhərində danışan Putin xalq arasında həyəcanı başa düşdüyünü deyib, lakin əlavə edib ki, o, Rusiyanın dövlət başçlarının hakimiyyətin keçidi planı olmadan vəzifədə öldüyü sovet dövrünə qayıtmasını istəmir.

“Mənim fikrimcə, 1980-ci illərin ortalarında dövlət başçılarının bir-bir son günlərinə qədər vəzifədə qalaraq, hakimiyyətin keçidi üçün şərait yaratmadıqları bir vəziyyətə qayıtmaq narahatlığa səbəb olardı” – deyə, Putin bildirib.

“Buna görə də mən hesab edirəm ki. Bu 1980-ci illərin ortalarındakı vəziyyətə qayıtmamaq yaxşı olardı”, o əlavə edib.

Lakin Putinin tənqidçilərinin çoxu onun dediyi sözlərə şübhə ilə yanaşır.

Onlar 1993-cü ildə Boris Yeltsinin hakimiyyətdə olduğu dövrdən sonra ölkə konstitusiyasına ilk ciddi düzəlişlərlə bağlı təkliflərin Putinin Kremli tərk edəndən sonra hakimiyyətdə güc strukturlarını əlində saxlaya bilməsi üçün hazırlandığından narahatdır.

Putinin prezidentlik müddəti 2024-cü ildə bitir və o, konstitusiya ilə iki dəfədən çox ardıcıl olaraq hakimiyyətdə qalmaq icazə verilmədiyinə görə yenidən seçilə bilməz.

Bununla belə, tənqidçilərin fikrincə, Putinin çərşənbə günü açıqladığı düzəlişlər hazırkı mərhələdə qeyri-müəyyəndir və buna görə də onun milli lider, ya da bundan əvvəl hakimiyyət müddəti ilə bağlı məhdudiyyətləri aşmaq üçün istifadə etdiyi kimi baş nazir və ya ölkə parlamentinin sədri, ya da dövlət şurasının rəhbəri kimi hakimiyyətdə qalmasına imkan verə bilər.

Siyasi rəqiblər dəyişiklikləri “konstitusiya çevrilişi” adlandıraraq, bunun prezidentliyin əhəmiyyətinin azalmasına gətirib çıxaracağını bildirir. Kremlin bəzi keçmiş müşavirlərinin bildirdiyinə görə, nə Kremldəki nüfuzlu qruplar, nə də oliqarxlar onun hakimiyyətdən gedişinin hakimiyyətdaxili çəkişmələrə gətirib çıxara biləcəyindən qorxaraq, Putinin getməsini istəmir.

XS
SM
MD
LG