Accessibility links

Putin "Rəqəmsal Sfera"-da seçki ilə bağlı qarşıdurmaların qarşısını almaq üçün ABŞ-la razılığa çağırır


Rusiya Prezidenti Vladimir Putin iki ölkənin bir-birinin seçkilərinə kiber müdaxiləsinin qarşısını almaq üçün ABŞ-la yeni bir razılığa çağırış edib.

Putin ABŞ-da 3 noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində, sentyabrın 25 etdiyi açıqlamada Rusiya ilə ABŞ arasında münasibətlərin sıfırlanmasına çağırıb. O həmçinin kiber məkanda hücumların qarşısını almaq üçün iki ölkə arasında bir razılaşmaya gəlmək istədiyini deyib.

Putin bu təklifini Moskvanın qarşıdan gələn ABŞ səsverməsinə müdaxilə etməyə cəhd göstərə biləcəyi ilə bağlı son xəbərlər fonunda səsləndirib. Və bu, ilk dəfə baş verməyəcək.

ABŞ kəşfiyyat agentlikləri Moskvanın 2016-cı ildə Donald Trampa kömək məqsədi ilə ABŞ prezident seçkisinə müdaxilə etdiyi nəticəsinə gəlib. Buna Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına haker hücumu da daxildir. Moskva isə bu ittihamı rədd edir.

Tramp hazırda demokrat Co Baydenə qalib gələrək yenidən prezident seçilmək üçün təşviqat kampaniyası aparır və Rusiya dəlillər olmasına baxmayaraq, kampaniyaya müdaxilə etməyə çalışdığını inkar edir.

"Zəmanəmizin əsas strateji problemlərindən biri rəqəmsal sahədə geniş miqyaslı qarşıdurma riskidir" - deyə, Putin Kremlin açıqlamasında bildirib.

"ABŞ-a bir daha informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə əlaqədar münasibətlərimizi yenidən qurmaq üçün geniş praktik tədbirlər proqramının təsdiqlənməsi təklifi ilə müraciət etmək istəyirik" deyə Kremlin bildirib.

Digər tərəfdən isə Facebook 24 sentyabr tarixində Rusiyanın kəşfiyyat xidmətləri tərəfindən haker hücumu ilə ələ keçirilmiş sənədləri sızdıraraq ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etmək üçün istifadə edə biləcək üç saxta hesab şəbəkəsini çökdürdüklərini xəbər verir.

Sosial media şirkəti saxta şəxsiyyət vəsiqələri və digər "koordinasiya edilmiş həqiqətdən kənar davranışlardan" istifadə üçün yaradılan hesabların Sankt-Peterburqda qərargahlanan bir təşkilatla əlaqəli olduqlarını söyləyib.

Microsoft şirkəti isə iki həftə əvvəl Rusiya, Çin və İranla əlaqəli hakerlərin həm Tramp, həm də Baydenlə əlaqəsi olan insanları izləməyə çalışdıqlarını söyləyib. Rusiya və Çin iddiaları rədd edib.

Reuters 9 sentyabrda Microsoft-un Baydenin əsas seçki kampaniyasına məsləhət verən firmalardan birinə onların Rusiya dövləti tərəfindən dəstəklənən şübhəli hakerlər tərəfindən hədəf alındığı barədə xəbərdarlıq etdiyini bildirib. Kreml bu xəbəri "cəfəngiyat" adlandırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG