Accessibility links

Putin ABŞ-ı hədələyir


Russia prezidenti ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi təsis etməsinin cavabsız qalmayacağı barədə xəbərdarlıqla çıxış edib.

Afinada səfərdə ikən Vladimir Putin deyib ki, Amerikanın Rumıniya və Polşada sistemi yerləşdirməsindən sonra Rusiyanın qisasdan başqa seçimi olmayacaq.

“Biz təhlükəsizliyimizi təmin etməyə məcburuq”-deyə Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşdən sonra bildirb.

Amerikanın raketlərdən müdafiə sistemini Rusiyaya hədə kimi qiymətləndirən Putin bunun qisasının necə alınacağına dair məlumat verməyib.

Putinin hədələrinə Vaşinqton hələ ki, münasibət bildirməyib.

Biz təhlükəsizliyimizi təmin etməyə məcburuq

Deveselu raket obyekti Rumıniyada bu ayın əvvəllərindən işlək hala gətirilib. NATO və ABŞ-ın sistemin yalnız müdafiə məqsədi daşıdığını deməsinə baxmayaraq, Rutin sistemin softverinin dəyişdirilməsi ilə bir anda hücumçu mahiyyəti daşıyacağını deyir.

Rusiyanın dövlət başçısı iki günlük Yunanıstan səfərini bu gün başa vurur.

XS
SM
MD
LG