Accessibility links

ABŞ qanunvericiləri Rusiya prezidentinin çıxışına reaksiya verib


ABŞ qanunvericiləri Rusiya prezidentinin çıxışına reaksiya verib.

Şimali Karolina ştatından respublikaçı senator Tom Tillis Amerikanın Səsinə bildirib ki, Putinin baxışları cinayətkar və qatil baxışlarıdır. O deyib ki, onlar bəlkə də yalan danışır, amma bu, ciddi qəbul edilməlidir.

Kapitolidən səslənən reaksiyalar fərqli olub.

Putinin baxışları cinayətkar və qatil baxışlarıdır

“Putinin dediyi bəzi şeylər qorxuludur. Öldürücü texnologiyaya gəldikdə ruslar nailiyyətlərindən danışır. Mən Pentaqon və kəşfiyyat orqanları ilə bütün bunların qorxu yaymaq və ya həqiqi hədə olduğunu müəyyən etmək istərdim” - deyə, Senatın 2 nömrəli demokratı Dik Durbin bildirib.

Durbin prezident Trampın buna cavab verməsini istəyib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkəsi yeni nüvə silahları hazırlayıb və uğurla sınaqdan keçirib. Bu silahlar içində nüvə enerjisiylə işləyən qanaqlı raketlər və nüvə sualtı dronları var. Rusiya lideri iddia edib ki, düşmən onları tuta bilməz.

Putin illik çıxışında deyib ki, yeni hazırlanmış "Sarmat" qitələrarası ballistik raketinin əhatə dairəsi məhdudiyyətsizdir və istənilən antiraket sisteminə nüfuz edə bilər.

Qrafika və videodan istifadə edən Putin yeni sualtı raketin sualtı qayıqlardan işə salına, həm təyyarələri, həm də sahil obyektlərini vura biləcəyini, amma onları izləməyin mumkun olmadığını iddia edib.

Putinin sözlərinə görə, qanadlı raketlərlə silahlanmış yeni strateji təyyarə uğurla sınaqdan keçirilib və hazırda istehsal prosesi gedir.

Rusiya prezidenti yeni silahların sovet irsinin bir hissəsi olduğunu, amma ölkənin müxtəlif yerlərindən rusiyalı alimlər və mühəndislər tərəfindən hazırlandığını vurğulayıb.

Putin yeni silahlardan bəzilərinin dünyada rəqibi olmadığını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG