Accessibility links

Putin nüvə sınaqlarına qadağanı ləğv edən qanun layihəsini imzalayıb


Rusiya prezidenti Vladimir Putin cümə axşamı Kremlin nüvə sınaqlarına qoyduğu qadağanı ləğv edən qanun layihəsini imzalayıb.

Putin deyib ki, Moskvanın Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsindən (CTBT) imtina etməsi Ağ Evin nüvə sınaqları ilə bağlı mövqeyi ilə eynidir.

Birləşmiş Ştatlar Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsini imzalayan ölkə olsa da, lakin onu heç vaxt ratifikasiya etməyib. Çin, İran, İsrail, Misir, Şimali Koreya, Hindistan və Pakistan da daxil olmaqla, digər yeddi ölkə də müqaviləni heç vaxt ratifikasiya etməyib.

Rusiya parlamentinin hər iki palatası Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsindən imtina edən qanun layihəsini oktyabr ayında qəbul edib. Putinin qanunu imzalayacağıı gözlənilirdi.

Bununla Putin Qərbə açıq mesaj göndərib və bəzi analitiklər hesab edirlər ki, iyirmi ildən artıq davam edən qadağadan sonra Rusiyanın nüvə sınaqlarına yenidən başlamaq qərarı NATO ölkələrini Ukraynanın əks-hücumuna yardım etməkdən çəkindirmək üçün siyasi manevr ola bilər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov keçən ay bildirmişdi ki, ABŞ hər hansı yeni nüvə sınağı keçirməszə, Kreml qadağaya hörmətlə yanaşacaq.

Forum

XS
SM
MD
LG