Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinin qarşısında çıxışı zamanı 2018-ci ildə Rusiya əks-kəşfiyyatı tərəfindən 600 xarici xüsusi xidmət işçisinin aşkara çıxarıldığını bildirib.
Rusiya prezidenti uğurlu xüsusi əməliyyatlar nəticəsində 129 əməkdaş və 465 xarici xüsusi xidmət agentinin əməliyyatlarının qarşısının alındığını xüsusi vurğulayıb.
"Xarici kəşfiyyat orqanları Rusiya istiqamətində fəaliyyətlərini artırmağa çalışırlar, onlar siyasi, iqtisadi, elmi və texnoloji xarakterə malik məlumatlara çıxış əldə etmək üçün bütün vasitələrdən istifadə edirlər. İşiniz daha etibarlı olmalıdır", Putin qeyd edib.
Azadlıq Radiosunun yazdığına görə, 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidməti idarə heyətinin toplantısı qarşısında çıxışı zamanı Putin Rusiyadakı xarici casusların artan fəaliyyətini qeyd edib və xarici xüsusi xidmətlərin 72 əməkdaşı və təxminən 400 agentinin aşkara çıxarılğını açıqlayıb.
Rusiya prezidenti Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinin toplantısında son illərdə terror hücumlarının sayının azaldığını və on il ərzində bu rəqəmin 997-dən 9-a düşdüyünü vurğulayıb. Putin həmçinin, çox sayda terror hücumlarının qarşısını alınaraq "ilə təqribən 20-yə" düşdüyünü bildirib. Onun sözlərinə görə, bu göstərici son üç ildə qorunub saxlanılıb.
Prezident həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən orqanlarda 405 cinayət işi açıldığını, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatları ilə isə digər hüquq-mühafizə orqanları tərəfindən təxminən yeddi minə yaxın işin açıldığını söyləyib.
Rusiya prezidenti son üç ildə daha tez-tez baş verən koordinasiya edilmiş kiber hücum hadisələrinə də diqqəti çəkib.
O, 2014-2015-ci illərdə il ərzində 1500-ə yaxın bu cür hücum olduğu halda, 2016-cı ildə 12 min, 2017-ci ildə 12,5 min, 2018-ci ildə isə artıq 17 mn kiber hücum baş verdiyini qeyd edib.
"Bunlar ölkəmizin milli maraqlarına ciddi zərər verə biləcək yaxşı planlaşdırılan, genişmiqyaslı əməliyyatlardır və biz Rusiyaya qarşı belə kiberhücumların davam edəcəyinə və bununla bağlı təhdidlərin artacağına hazır olmalıyıq", Putin əlavə edib.