Accessibility links

Putin Rusiya avişirkətlərinin Gürcüstana uçuşlarını qadağan edib


Georgia Departures
Georgia Departures

Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarını müvəqqəti qadağan edib. Turistik şirkətlərə xidmətlərin dayandırılması, hökumətə isə Gürcüstanda olan Rusiya turistlərinin geri qaytarılması üçün lazım olan addımların atılması tövsiyə edilib.

Bu barədə sərəncam 21 iyun tarixində Rusiya prezidentinin saytında dərc edilib.

Sənədə əsasən 2019-cu ilin 8 iyul tarixindən etibarən Rusiya avişirkətlərinə ölkə ərazisindən Gürcüstan ərazisinə vətəndaşların daşınması müvəqqəti dayandırılacaq.

Turistik şirkətlərə qadağanın qüvvədə olduğu müddətdə Gürcüstanla əlaqələri turistik xidmətlərin satışından imtina edilməsi tövsiyə edilib.

Rusiya hökuməti Gürcüstan ərazisində müvəqqəti olan rusiyalıların və onların baqajlarının geri qayıdışı ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.

Sərancamda qadağanın nə zaman qaldırılacağı qeyd edilmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sərəncamı şərh edib.

“Gürcüstandakı vəziyyət normallaşmalı və bizim vətəndaşların təhlükəsizliyinə hədə ola biləcək hallar aradan qalxmalıdır” – deyə Peskov, bildirib.

Rusiya Dumasının deputatı Sergey Qavrilov 20 iyun tarixində Tbilisidə keçirilən provoslavların parlamentlərarası assambleyasının toplantısında Gürcüstan parlamentinin spikerinin yerində oturaraq, iclasa sədrlik edib. Müxalifət partiyasınından olan deputatlar tribunanı bağlayaraq, Rusiya nümayəndə heyətinin iclas zalına qayıtmasına imkan verməyiblər. Rusiya nümayəndə heyəti mühafizənin müşayəti ilə binanı tərk edib.

Nəticədə parlament binasının qarşısında böyük mitinq yığıldı və gecə saatlarında polis tərəfindən sərt şəkildə dağıdıldı. Müxtəlif qanun pozuntularına görə, mitinqdə iştirak edən 305 nəfər saxlanılıb, 80 polis daxil olmaqla, bütövlükdə 240-a yaxın insan xəsarət alıb. Xəsarət alanlardan təxminən 100 nəfər hələ də xəstəxanalardadırlar.

XS
SM
MD
LG