Accessibility links

Putin: Rusiya bütün ukraynalılara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi qərarı qəbul edə bilər


Pekində mətbuat konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya hökuməti nəinki Donbas əhalisinə, həm də bütün Ukrayna əhalisinə sadələşdirilmiş qaydada vətəndaşlıq vermək imkanının nəzərdən keçirir.

“Biz, ümumiyyətlə Ukrayna vətəndaşlarına sadələşdirilmiş qaydada bizim ölkənin vətəndaşlığın əldə etmək imkanı vermək haqda düşünürük”– deyə, Putin bildirib.

Putin deyib ki, Donbas əhalisinə Rusiya vətəndaşlığının təqdim edilməsi məsrəfləri 100 milyard rubl miqdarına çata bilər:

“Həqiqətən, növbəti və daha sonrakı illərdə rəqəm 100 milyarda çata bilər. Bir ilə yox, bir neçə il ərzində. Bu bizim üçün kritik bir hal deyil və rusiyalı pensiyaçılarımız qarşısında öhdəliklərimizi ödəməyimizi sual altına almayacaq.”

Rusiya prezidenti həm də əmin edib ki, ölkə Donbas əhalisi qarşısında bütün sosial öhdəlikləri ödəyəcək: “Bu spontan qərar deyil və bu qərar tez-tələsik verilməyib. Biz hər bir şeyi hesablamışıq. Bizim pasportu almaq istəyə biləcək insanların sayını da, pensiyaçıların sayını da nəzərə almışıq. Bizim ehtimalımıza görə, bu say vətəndaşlığımızı almaq istəyən kontinqentin təxminən üçdə biridir.”

Bu ilin 24 aprel tarixində Putin Donbas əhalisinə sadələşdirilmiş qaydada, müraciət edilən tarixdən 3 ay ərzində Rusiya vətəndaşlığının verilməsi ilə bağlı sərəncam imzalayıb.

XS
SM
MD
LG