Accessibility links

Putin Rusiya ilə Belarusun bir bayraq altında birləşməsini istəyir


Putin Rusiya ilə Belarusun bir bayraq altında birləşməsini istəyir

Rusiya baş naziri Vladimir Putin deyib ki, o, Rusiya və Belarusun bir dövlət altında birləşməsini və hətta bu dövlətə Cənubi Osetiyanın da bu dövlətə qoşulmasını istərdi.

Onun Rusiyanın Seliger gölü ətrafındakı gənclər düşərgəsində birləşmənin mümkün olduğunu və bunun tam olaraq Belarus xalqının istəyindən asılı olduğunu bildirib. O, Cənubi Osetiyanın da Rusiyaya birləşməsi barədə verilən suala da oxşar cavab verib. Hələlik nə Belarus, nə də Cənubi Osetiyadan cənab Putinin açıqlamasına cavab gəlməyib.

Belarus 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri müstəqil dövlətdir. Ancaq ölkə Moskva ilə yaxın əlaqələrini saxlayıb. 1990-cı illərin sonunda tərəflər Belarus və Rusiya Birliyi adlı sazişə imza atıblar. İdeyaya görə, ölkələr eyni pul vahidi ilə, bir bayraq altında federasiya yaratmalıdırlar. Ancaq hələlik hər iki ölkənin öz idarə sistemi var.

XS
SM
MD
LG