Accessibility links

Putin Rusiyada yeni supersonik nüvə raketlərinin istifadəyə veriləcəyini bildirib


Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin gələn il supersonik nüvə raketlərinin istifadəyə veriləcəyini bildirib. O əlavə edib ki, bu, ölkənin yeni tipli strateji silaha malik olacağı deməkdir.

Rusiya prezidenti bu açıqlamaları çərşənbə günü Kremlin bildirdiyinə görə, “Avanqard” yeni raket sisteminin sınaqdan keçirilməsindən sonra verib.

“Test başa çatıb, tam uğurla keçirilib” – deyə Putin bildirib.

“Gələn 2019-cu ildən başlayaraq, yeni “Avanqard” qitələrarası strateji sistem Rusiyanın silahlı qüvvələrinin ixtiyarına veriləcək. Bu, silahlı qüvvələrin həyatında və ölkənin həyatında böyük hadisədir. Rusiya yeni tipli strateji silah əldə edib”, – deyə Putin əlavə edib.

Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi bu fotoda “Avanqard” supersonik raketin buraxılmasının kompyuterləşidirilmiş simulyasiyası nümayiş etdirilir, 1 mart, 2018.
Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi bu fotoda “Avanqard” supersonik raketin buraxılmasının kompyuterləşidirilmiş simulyasiyası nümayiş etdirilir, 1 mart, 2018.

Putinin mart ayında elan etdiyi yeni silah növlərindən biri olan yeni raket sisteminin yüksək manevr qabiliyyətinə malik olduğu və raket müdafiə sistemlərindən asanlıqla yayına bildiyi bildirilir.

Putin raket sisteminin sınaqdan keçirilməsini Moskvada Müdafiə nazirliyində izləyib. Kremlin açıqladığı bəyanatda “Avanqard”ın Rusiyanın cənub-qərb bölgəsindəki məntəqədən buraxıldığı və Rusiyanın Uzaq Şərq bölgəsindəki hədəfi müvəffiqyyətlə vurduğu bildirilir.

Putin mart ayında etdiyi çıxışında “Avanqard” raket sistemi də daxil olmaqla yeni strateji silahlar təqdim edərək, bu silahların dünyanın demək olar hər hansı nöqtəsində hədəfi vura bilmək və ABŞ-ın raket müdafiə sistemindən yayına bilmək qabiliyyətinə malik olduğunu deyib.

XS
SM
MD
LG