Accessibility links

Putin Rusiyanın orta və qısamənzilli raket sazişindən çıxdığına dair sənədə imza atıb


Rusiya prezidenti Vladimir Putin Rusiyanın orta və qısamənzilli raket sazişindən çıxdığına dair sənədə imza atıb.

Rusiya prezidenti bu yaxınlarda ABŞ-ın Avropa və digər regionlarda yeni raketlər yerləşdirməsinə effektiv cavab veriləcəyi ilə hədələyib. Vladimir Putin deyib ki, Vaşinqton orta və qısamənzilli raket sazişindən çıxdıqdan sonra müzakirələrə hazır deyilsə, biz "bağlı qapıları" döyməyəcəyik.

ABŞ Rusiyanı aqressiv xarici siyasət yürütməkdə ittiham edir.

Birləşmiş ştatlar cümə günü onillərdir bütöv bir kateqoriya nüvə silahlarını qadağan edən razılıqdan geri çəkildiyini elan edib. Bəzi təhlilçilər isə bu addımın yeni silah yarışına gətirib çıxara biləcəyindən narahatdır.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, 2 fevraldan etibarən Vaşinqton Soyuq Müharibədən bəri qüvvədə olan ABŞ-Rusiya Orta-Mənzilli Nüvə Qüvəlləri Razılığı qarşısındakı öhdəliyini dayandırır. ABŞ Rusiyanı bəzi qurudan atılan kruiz raketlərini qadağan edən razılığı pozmaqa ittiham edib. Rusiya isə bu ittihamı rədd edir.

Bu, bütün dünyada, ələlxüsus da 5500 kilometr məsafəni qət edə bilən qurudan atılan kruiz raketləri daxil olmaqla bir kateqoriya silahları qadağan edən ilk silahlara nəzarət razılığıdır.

XS
SM
MD
LG