Rusiya prezidenti Vladimir Putin Avropa liderləri onu nüfuzundan istifadə edərək, Rusiya tərəfdarı separatçıların Kiyev hökumətinə qarşı fəaliyyətlərini dayandırmağa kömək etməyə çağırdığı bir vaxt ölkəsinin Ukraynanın cənub-şərqində qeyri-sabitlik yaratmaq planları olmadığını deyib.
Fransanın TF1 televiziyası və Avropa 1 radio stansiyasına müsahibəsi zamanı prezidenti Vladimir Putin deyib ki, Rusiyanın Ukraynanın cənub-şərqində heç vaxt heç bir hərbi birləşməsi olmayıb və olmayacaq.
O həmçinin bildirib ki, Ukrayna hökuməti öz xalqı ilə silahlar, tanklar və təyyarələr deyil, danışıqlar prosesi vasitəsilə dialoq yaratmalıdır.
Almaniyanın kansleri Angela Merkel Rusiyanın Ukraynanın şərqində zorakılığın qarşısının alınmasında əməkdaşlıq etməsə daha ciddi sanksiyalarla qarşılaşacağını deyib. Kansler Merkel Bundestaqda qanunvericilərə bildirib ki, Rusiya öz sərhədlərindən Ukraynanın şərqinə silah və döyüşçülərin keçməsini dayandırmasa, Almaniya Rusiyaya qarşı daha ciddi sanksiyaların tətbiq edilməsindən çəkinməyəcək.