Accessibility links

Putinin hansı səbəbdən yoxa çıxdığı hələ də aydın deyil


Rusiya prezidenti Vladimir Putin səbəbi aydın olmadan 10 gün gözdən itdikdən sonra bu gün yenidən ictimiayyət qarşısına çıxıb. Bu 10 gün Putinin səhhəti ilə bağlı qeybətlər də daxil olmaqla, müxtəlif gülməli söz-söhbətlərə səbəb oldu.

Fevral ayının 5-dən bəri yoxa çıxan 62 yaşlı Rusiya lideri ilk dəfə cəmiyyətə Sankt-Peterburq yaxınlığındakı Tsarskoe Seloda Qırğızıstan prezidenti ilə göründü. Birdən-birə yoxa çıxmasının səbəbi hələ də açıqlanmayan Putin haqda 10 gündə sevgilisindən övladı olduğu və ya ölkədə çevriliş baş verdiyi kimi müxtəlif şaiyələr gəzdi.

Tünd kostyumda və qalstukda, rahat görünən cənab Putin televiziya kameraları qarşısına çıxmazdan əvvəl gülümsəyərək, “Qeybətsiz həyat darıxdırıcı olardı” dedi.

“Siz xəstə, iflic, generallar tərəfindən oğurlanan prezidenti gördünüz. Bildiyiniz kimi, o, körpənin doğulduğu İsveçrədən təzəcə qayıdıb, ” deyə, prezidentin sözçüsü Dmitri Peskov istehza ilə bildirdi.

Qırğızıstan prezidenti Almazbek Atambayev isə Rusiya liderinin səhhətinin yaxşı olduğunu bir də vurğilamaq məqsədilə bunları dedi: “Elə indicə məni ətrafı gəzdirdi, maşını özü sürürdü”

Rusiya lideri özünün maço görünüşündən razıdır. 2008-ci ildə o, Rusiyanın inkişafı üçün “avarçəkən qul” kimi işlədiyini deyirdi. Əsasən televiziya vasitəasilə onun Moskvada rəsmilərlə görüşü və ya ölkənin ucqar bölgələrinə səfərləri nümayiş etdirilirdi.

Putin yoxa çıxdıqdan sonra Kreml heç bir izahat vermədən onun əvvəlcədən təyin edilmiş Qazaxıstan səfərini və Dövlət Təhlükəsizlik Komitəsi işçiləri ilə görüşünü təxirə saldı. Kreml isə veb səhifəsinə Putinin əvvəlcədən çəkilmiş şəkillərini yerləşdirdi.

Cənab Putin müxalifət lideri Boris Nemtsovun Kreml divarı yaxınlığında öldürülməsindən bir həftə sonra, qonşu Ukraynaya təcavüzünə görə beynəlxalq sanksiyalarla üzləşdiyi və ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğu bir vaxt yoxa çıxmışdı. Həmin 10 gün müddətində isə Rusiya rəsmiləri cənab Putinin işlədiyini deyirdi.

XS
SM
MD
LG