Accessibility links

Putin: “Rusiya digər ölkələrin Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq cəhdlərini hərbi əməliyyatlarda iştirak kimi qiymətləndirəcək”


Vladimir Putin
Vladimir Putin

Rusiya Ukrayna üzərində səmanın bağlanmasına icazə verməyəcək və digər ölkələrin uçuşa qadağa zonası yaratmaq cəhdlərini silahlı münaqişədə iştirak kimi qiymətləndirəcək. Bunu Vladimir Putin martın 5-də Aeroflot əməkdaşları ilə görüşündə deyib.

"İndi biz Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası yaratmaq lazım olduğunu dediklərini eşirdirik. Bu, yalnız qonşu dövlətlərin ərazisindən etmək mümkündür. Amma bu istiqamətdə atılan istənilən addımı silahlı münaqişədə iştirak hesab edəcəyik və həmin ölkə hərbçilərimizə təhlükə yaradacaq. Biz dərhal buna cavab verəcəyik”.

Aeroflot şikrətinin əməkdaşları önündə çıxış edən Putin Ukraynadakı “hərbi əməliyyatın” gedişatından da bəhs edib. Onun sözlərinə görə, Rusiya tərəfdən döyüş əməliyyatlarında yalnız zabitlər və podratçılar iştirak edir və “heç bir hərbi çağırışçı yoxdur”. O həmçinin bildirib ki, ehtiyatda olan hərbçiləri “münaqişədə” iştiraka çağırmaq, habelə ölkədə hərbi vəziyyət elan etmək nəzərdə tutulmur.

Putin iddia edir ki, Ukrayna tərəfində neonasistlər döyüşür və onlar öz vətəndaşlarını döyüş bölgəsindən buraxmırlar və onlardan canlı qalxan kimi istifadə edirlər, həmçinin partlayıcı maddələri olan “cihad-mobil”lərdən istifadə edirlər. Martın 5-də rus qoşunları tərəfindən ələ keçirilən Mariupol şəhər administrasiyası daha əvvəl mülki şəxslərin döyüş zonasından çıxmasına icazə verilməməsi ilə bağlı iddianı təkzib edib. Onlar bildirib ki, tərəflər səhər saat 10-dan etibarən insanların təxliyəsi üçün humanitar dəhliz yaratmağa razılaşıblar, lakin Rusiya hərbçiləri razılığı pozaraq şəhəri və ətrafını atəşə tutmağa davam ediblər.

Putin beynəlxalq ictimaiyyətin Ukraynaya hərbi müdaxilə səbəbilə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları müharibə elanı kimi təsvir edib.

Sonda Rusiya prezidenti bildirib ki, Rusiyada sakinlər hakimiyyətin “əməliyyat” keçirməklə bağlı “çətin” qərarına etiraz edə bilirlər, ancaq Ukraynada isə Rusiya haqqında nəsə deməyə çalışan insanları “sadəcə olaraq, məhkəməsiz və ya istintaq olmadan güllələnməyə başlayıblar.

Rusiyada bir neçə gündür müharibəyə qarşı etiraz aksiyalarında 8 mindən çox insan saxlanılıb.

XS
SM
MD
LG