Accessibility links

Putin deyir ki, Ukrayna müharibəsi Rusiyanı gücləndirəcək


Rusiya Prezidenti Vladimir Putin.
Rusiya Prezidenti Vladimir Putin.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü deyib ki, onun ölkəsi Ukraynada hərbi əməliyyatlar səbəbilə heç nə itirməyib və o, Rusiyanın suverenliyini gücləndirib.

İqtisadiyyat forumunda çıxış edən Putin deyib ki, Rusiyanın bütün əməlləri “Donbas xalqına yardım etməyə yönəlib.”

“Bu, ölkəmizin daxildən və xarici siyasətinin gücləndirilməsinə gətirib çıxaracaq,” Putin deyib.

Rusiya Ukraynaya fevralın sonunda hərbi müdaxiləyə başlayıb, daha sonra isə Ukrayna paytaxtı Kyivə doğru irəliləməkdən imtina etdikdən sonra hərbi səylərini 2014-cü ildən bəri rusiyapərəst döyüşçülərin Ukrayna qüvvələri ilə döyüşdüyü Ukraynanın şərqindəki Donbas bölgəsində cəmləşdirib.

Putin həmçinin qlobal ərzaq böhranı fonunda Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracını bərpa edən sövdələşməni tənqid edib və deyib ki, taxıl ixracları dünyanın ən yoxsul ölkələrinə çatdırılmır.

Sövdələşmənin həyata keçirilməsinə nəzarət edən Birgə Koordinasiya Mərkəzi bildirib ki, çərşənbə axşamına olan məlumata görə, Ukrayna limanlarını təxminən 100 gəmi ilə 2.2 ton taxıl və başqa ərzaqlar tərk edib. Taxılın çatdırıldığı yerlərə İtaliya, Türkiyə, İran, Çin, Rumıniya, Cibuti, Almaniya və Livan daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviti Mixaylo Podolyak Reuters xəbər agentliyinə bildirib ki, Rusiyanın sövdələşmə ilə bağlı şərhlər “gözlənilməz” və “əsassız”dır.

Britaniyanın müdafiə nazirliyi çərşənbə günü bildirib ki, son 24 saatda Donbasda, Ukraynanın şimalında Xarkivdə və Ukraynanın cənub Xerson bölgəsində ağır döyüşlər gedib.

XS
SM
MD
LG