Accessibility links

Putin Ukraynadakı müharibədə iştirak edən xarici muzdlulara Rusiya vətəndaşlığı verən sənəd imzalayıb


Vladimir Putin "Xüsusi Hərbi Əməliyyat" dövründə orduda və ya "hərbi birləşmələrdə" xidmət etmək üçün müqavilə bağlayan xarici vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən Rusiya vətəndaşlığını təkcə müqavilə bağlamış xaricilər deyil, həm də onların ailə üzvləri - müqavilə ilə işləyənin həyat yoldaşları, uşaqları və valideynləri ala bilər.

Eyni zamanda fərmanda Rusiya vətəndaşlığı yalnız ən azı bir il müddətinə müqavilə bağlayan əcnəbilərə verildiyi deyilib.

Rusiya Silahlı Qüvvələrindən "Xüsusi Hərbi Əməliyyat" müddətində sağlamlıqla əlaqədar olaraq, müəyyən yaş həddinə çatdıqdan, müqavilənin müddəti başa çatdıqdan sonra, habelə hərbi vəziyyətin ləğvi ilə əlaqədar təqaüdə çıxmış xarici vətəndaşlar da Rusiya vətəndaşlığı üçün müraciət edə biləcək.

Putinin 2023-cü ilin mayında imzaladığı fərmandan fərqli olaraq, Ukrayna Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və Ukrayna ərazisində döyüşən xarici vətəndaşlara Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş qaydası ilə bağlı yeni sənədə baxılma müddəti üç aydan bir aya qədər azaldılıb.

Əvvəllər xarici vətəndaşlar üçün minimum müqavilə müddəti beş il idi və Rusiya vətəndaşlığını almaq üçün onlar ən azı üç il xidmət etməli idilər.

Son bir neçə aydır Rusiyada miqrantlara qarşı reydlər daha tez-tez keçirilir. Onlar bazarlarda, tikinti meydanlarında, yataqxanalarda, məscidlərdə və insanların sıx toplaşdığı digər yerlərdə saxlanılır. Təhlükəsizlik qüvvələri hərbi komissarlıq əməkdaşları ilə birgə reydlər təşkil edir, hadisə yerində yaxalananlara çağırış vərəqələrini verilir və ya dərhal hərbi komissarlığa aparılır.

Rusiyadakı miqrantların əsas hissəsini işləmək üçün keçmiş Sovet respublikalarından gələnlər təşkil edir. Onların bir çoxu artıq Rusiya vətəndaşlığını ala bilib və indi Ukraynaya döyüşməyə getməyə məcburdur.

Forum

XS
SM
MD
LG