Accessibility links

Putin İran prezidenti İbrahim Rəisi ilə telefonda danışıb


Vladimir Putin.
Vladimir Putin.

Rusiya Prezidenti Vladimir Putin ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Hər iki lider telefon danışığında diqqəti dərinləşən siyasi, ticarət və iqtisadi əməkdaşlığa yönəldib. Bu barədə Kreml noyabrın 12-də bəyanatında bildirib.

Kreml nə telefon zənginin nə zaman baş tutduğunu bildirməyib, nə də İranın Moskvaya silah tədarükündən bəhs etməyib. Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri İran və digər qeyri-qərb ölkələri ilə münasibət qurmağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG