Accessibility links

Vladimir Putin Qərbi tənqid edib


Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krım yarımadasının ilhaqını müdafiə edib və Qərbi Ukraynadakı böhranı bəhanə edərək, Moskvaya qarşı sanksiyalar tətbiq etməkdə ittiham edib.

Bu gün ənənəvi illik çıxışını zamanı Putin Krımı Rusiyanın mənəvi torpağı adlandırıb. Qərbin tətbiq etdiyi sanksiyalara gəldikdə isə Rusiyanın dövlət başçısı deyib ki, Rusiyanın güclü və müstəqil bir dövlət olduğunu görən kimi dərhal belə addımlar atılmağa başlayır.

Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçılara dəstək verdiyinə görə Avropa Birliyi və Birləşmiş Ştatların Moskvaya qarşı sərt idtisadi sanksiyalar tətbiq etməsindən bəri Rusiyanın iqtisadi durumu ağırlaşıb.

Neft ixracının kəskin azalması və rus rublunun dəyər itirməsi Rusiya iqtisadiyyatının 2015-ci il proqnozlarının yaxşı olmayacağını göstərir.

XS
SM
MD
LG