Accessibility links

Putin təyyarə qalmaqalından sonra Lukaşenkoya dəstəyini ifadə edib


Rusiya Prezidenti Vladimir Putin cümə günü Belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşdə sərnişin təyyarəsinin endirilməsi və müxalif jurnalistin həbs olunmasından sonra Qərbdən gələn təziqlər qarşısında ona dəstəyini ifadə edib.

Qərb Belarusu ötən bazar günü Belarus avia dispetçer xidmətinin Ryanair pilotuna saxta bomba təhdidi haqda xəbərdarlıq verməsi və MiG29 qırıcı təyyarəsi vasitəsi ilə sərnişin təyyarəsinin Minskə enməyə məcbur edilməsindən sonra piratlıqda ittiham edib. Təyyarə enməyə məbur edildikdən sonra təyyarədə olan müxalif jurnalist Roman Protaseviç sevgilisi ilə birlikdə həbs olunub.

Hazırda onların hər ikisi də həbsdədir. Kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılan Protaseviç 15 ilədək həbs cəzasına məhkum edilə bilər.

Lakin Lukaşenkonun yaxın müttəfiqi olan Putin ona dəstiyini ifadə edib və onu Rusiyanın Soçi şəhərində keçirilən görüş zamanı onu səmimi olaraq qarşılayıb. Putin Lukaşenko ilə Qərbin hadisə ilə bağlı reaksiyasının "emosiyaların patlaması" olduğu ilə razılaşıb.

"Bir vaxtlar onlar Boliviya prezidentinin təyyarəsini yerə enməyə məcbur etdilər və onu təyyarədən çıxartdılar, ondan sonra heç nə, sakitlik", Putin ABŞ-ın 2013-cü ildə Edvard Snoudeni tutmaq üçün təyyarənin Avstriyaya enməsinə məcbur edilməsinə işarə edərək deyib.

Soçi şəhərindəki görüş təyyarə qalmaqalından əvvəl planlaşdırılmışdı.

Lukaşenko Putinə Ryanair insidenti ilə əlaqədar Rusiya liderinin əslində baş verənləri anlamasına kömək edəcək bəzi gizli sənədləri göstərəcəyini deyib.

"Bizim üçün problem yaradan biri həmişə var. Siz bunları bilirsiniz, sizə məlumat verəcəyəm" - deyə, Lukaşenko bildirib. "Nə olduğunu başa düşməyiniz üçün bəzi sənədlər gətirdim", o əlavə edib.

Görüş zamanı rahat və gülərüz görünən Putin Lukaşenkoya dənizdə çimmək təklif edib və Lukaşenko bu təklifi qəbul edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG