Accessibility links

Ağ Ev: Putin Trampa təşəkkür edib


Ağ Ev bildirir ki, Rusiya prezidenti Vladimir Putinin prezident Donald Trampa zəng edərək, Birləşmiş Ştatların Rusiyada potensial bir terror hücumunun qarşısını almağa yardım etdiyi üçün ona təşəkkür edib.

"Hər iki prezident iki ölkə arasında anti-terror əməkdaşlığını davam etdirmək üçün öhdəlik götürüb. Prezidentlər ABŞ və Rusiya arasındakı əlaqələr və silah nəzarətinə effektiv dəstək üçün gələcək səyləri də müzakirə edib" deyə,Ağ Ev telefon söhbətindən sonrakı açıqlamasında bildirib.

Rusiya mediası Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən xəbər verir ki, Birləşmiş Ştatların xəbərdarlığından sonra Sankt-Peterburqda Yeni İl şənlikləri zamanı terror aktı törətmək istəyən iki rusiyalı həbs edilib.

Moskva ilə Vaşinqton arasında münasibətlər beş il əvvəl Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar tətbiq edilən sanksiyalar və əks-sanksiyalar nəticəsində pisləşib.

Gərginliyə rəvac verən digər faktorlar sırasında silah nəzarətinə dair müqavilələrin sona çatması, Suriya və Venesuela kimi problemli yerlərdə qüdrətlərin əks tərəfləri dəstəkləməsi və Rusiyanın 2016 ABŞ seçkilərinə müdaxiləsi yer alır.

Şərhlərə bax

XS
SM
MD
LG