Accessibility links

Vladimir Putin Türkiyəyə gedir


Rusiya prezidenti Vladimir Putin bu həftə Ankaraya ikigünlük səfər edəcək, türkiyəli və iranlı həmkarları ilə görüşəcək.

Putin aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində türkiyəli həmkarı Recep Tayyip Ərdoğanla ilə görüş keçirəcək.

Kremlin bildirdiyinə görə, qarşılıqlı ticari və iqtisadi əməkdaşlıq, “özəlliklə, enerji sektorunda birgə strateji layihələrin” icrası müzakirə olunacaq.

İki liderin tele-konfrans vasitəsi ilə Akkuyu nüvə enerjisi zavodunun ilk bölümünü işə salacağı da gözlənir.

SURİYA DA MÜZAKİRƏ EDİLƏCƏK

2015-ci ilin aprelində Rusiyanın Rosatom nüvə enerji konqlomeratı 20 milyard dollarlıq, dörd bölmədən ibarət zavodun tikintisinə başlayıb.

Akkuyu Türkiyənin ilk nüvə enerjisi zavodudur, Aralıq dənizi sahilində yerləşir.

Kreml bildirir ki, Putin-lə Erdogan “regional və beynəlxalq məsələləri, terrorçuluqla birgə mübarizəni, Suriyadakı durumu da müzakirə edəcəklər”. Aprelin 4-də isə onların Ankarada İran prezidenti Hassan Rohani ilə üçtərəfli görüşü də gözlənir.

Hər üç ölkə Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsinə qatılıb, Qazaxıstanın paytaxtı Astanada sülh danışıqlarına sponsorluq edirlər.

Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd hökumətini dəstəkləyir. Türkiyə isə Əsədi devirməyə çalışan üsyançılara arxa durur.

2015-ci ilin noyabrında Türkiyə qırıcıları Suriya ilə sərhəd yaxınlığında Rusiya hərbi təyyarəsini vurandan sonra ikitərəfli münasibətlər pisləşib. Ancaq Putin-lə Ərdoğan əlaqələri bərpa etməyə çalışıb.

Hazırda Ankara Rusiyadan S-400 raketdən müdafiə sistemləri almaqdan ötrü danışıqlar aparır. Bu isə Türkiyənin NATO-dakı müttəfiqlərini narahat edir.

XS
SM
MD
LG