Accessibility links

Rusiya prezidenti Qərb liderləri ilə görüşlər keçirib


Rusiya prezidenti Qərb liderləri ilə Ukraynada iğtişaşlarda Moskvanın rolunu müzakirə etmək üçün görüşləri davam etdirir.

Vladimir Putin Almaniya Kansleri Angela Merkellə Fransanın şimalında D-Day gününün 70-ci ildönümü mərasimində görüşüb.

Bir gün əvvəl o, Britaniya baş naziri Devid Kameron və Fransa prezidenti Fransua Ollandla görüşüb.

Vladimir Putin Ukraynanın yenicə seçilmiş prezidenti Petro Poroşenko ilə görüş keçirib. Fransa rəsmiləri Normandiya görüşünü atəşkəsə ehtimal kimi dəyərləndirib.

Putinin sözçüsü Dmitri Peskova istinad edən Rusiya xəbər agentlikləri tərəflərin Ukraynada qan axıdılmasının təcili dayandırılması yollarını müzakirə etdiyini bildirib.

Daha sonra Rusiya prezidenti ABŞ prezidenti Barak Obama ilə qısa müzakirələr keçirib.

Normandiyada keçirilən mərasim dünya liderlərini bir araya gətirərək, Moskvanı Ukraynanın şərqində Rusiyayönümlü separatistləri dəstəkləməyi durdurmağı tələb ediblər.

Regionda qarşıdurmalar davam etməkdədir. Kiyev rəsmiləri bildirib ki, azı 15 üsyançı Rusiya sərhədi yaxınlığındakı qarşıdurma zamanı öldürülüb.

ABŞ prezidenti Barak Obama Rusiyanı yeni seçilmiş Ukrayna höküməti ilə birbaşa danışıqlar aparmağa və Ukraynada silahlı milisləri dəsəkləməyi dayandırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG