Accessibility links

Putin ukraynalı həmkarı Zelenski ilə görüşüb


Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimr Zelenski ilə ilk dəfə bazar ertəsi günü Parisdə Ukraynanın şərqində sülhün bərqərar olunması üçün səylərin artırılmasına yönəlmiş sammit çərçivəsində görüşüb.

Zelenski və Putin Fransa və Almaniya liderləri ilə birlikdə 2014-cü ildən bəri 13 mindən çox insanın ölümünə səbəb olan qarşıdurmaya son qoymaq üçün yenidən səy göstərib.

Yelisey Sarayında bir neçə ikitərəfli görüşlərdən sonra Putin və Zelenski gülümsəmədən və kameralar üçün əl vermədən 4 liderin görüşü üçün nəzərdə tutulmuş otağa daxil olublar.

"Əsas məsələ etimaddır. Beləliklə, Ukraynanın suverenliyini bərpa etmək məqsədi ilə irəliləyə bilərik" - deyə, Fransanın diplomatik mənbəyi bildirib.

2015-ci ildə Minskdə atəşkəs razılaşmasına baxmayaraq, böhranın dinc yolla həllinə çox az işarə var. Bazar ertəsi baş tutan sammit dörd liderin 2016-cı ildən bəri "Normandiya formatı"ndan sonra bir araya gəldiyi ilk görüşdür.

Bir çox ukraynalı Rusiya ilə güzəştə getməkdən narahatdır. Onlar Putini keçmiş Sovet respublikasına Kremlin təsirini bərpa etməyə çalışan və Ukraynanın Avropa ilə daha yaxın əlaqələr səylərini pozmaq istəyən təcavüzkar kimi görürlər.

Ukrayna rəsmiləri bildirib ki, Kiyev Donbass bölgəsində davamlı atəşkəs, bütün məhbusların mübadiləsini və bütün qanunsuz silahlı qüvvələrin Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarəti altında olan bölgələrdən çıxarılması üçün vaxtın müəyyən edilməsini istəyir.

XS
SM
MD
LG