Accessibility links

Putin Ukraynanın yeni lideri ilə danışıqlara açıq olduğunu bildirib


Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş Ukrayna prezidenti ilə danışıqlara açıq olduğunu deyir.

Cümə günü müxbirlərin Vladimir Zelenskini keçən il Ukraynanın prezidenti seçilməsi münasibəti ilə nə üçün təbrik etməməsi ilə bağlı sualına Putin Zelenskinin Rusiyanı aqressor adlandırdığı bəyanatına diqqət çəkib.

İki ölkə arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Moskvanın Ukraynanın şərqindəki üsyançı separatçıları dəstəkləməsindən sonra gərginləşib.

Putin Zelenskinin istedadlı aktyor olduğunu deyib. Lakin əlavə edib ki, “oynamaqla, olmaq arasında fərq var.”

Daha sonra Putin tərzini yumşaldaraq bildirib ki, Zelenski lider olmaq üçün xüsusiyyətlərə malikdir və o, Ukraynanın yeni lideri ilə danışıqlara açıdır.

XS
SM
MD
LG