Accessibility links

Putin Ukraynaya qarşı əks-sanksiyalar haqda fərman imzaladı


Rusiya prezidenti Vladimir Putin “Ukraynanın Rusiya Federasiyasının vətəndaşı və hüquqi şəxslərinə qarşı qərəzli rəftarı ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi barədə” fərman imzalayıb. Sənəd Kremlin rəsmi saytında yerləşdirilib.

Əks-sanksiyalar Rusiya Federasiyasının milli maraqlarını müdafiə etmək məqsədilə tətbiq edilir.

Sənəddə deyilir ki, "kontrsanksiyalar Rusiya Federasiyasının vətəndaşları və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar Ukraynanın qərəzli və beynəlxalq qanunlara zidd olan hərəkətlərinə cavab olaraq, Rusiya Federasiyasının milli maraqlarını müdafiə etmək məqsədilə tətbiq edilir." Bildirilir ki, "Ukraynaya qarşı kontrsanksiyalara əsas olaraq ABŞ və digər xarici ölkələrə qarşı məhdudiyyətlərin qoyulmasına dair 2006-cı il 30 dekabr tarixli qanunlar, eləcə də “Xüsusi iqtisadi tədbirlər” və “Təhlükəsizlik barədə” qanunlar götürüləcək."

Qanuna əsasən, Rusiya Federasiyası hökümətinə sanksiyalar tətbiq ediləcək fiziki və hüquqi şəxslərin siyahısının tərtib edilməsi və tətbiq ediləcək xüsusi iqtisadi tədbirlərin müəyyənləşdirilməsi tapşırılıb.

Sərəncama əsasən, kontrsanksiyalar Ukraynanın Rusiya Federasiyasının vətəndaşları və hüquqi şəxslərinə qarşı sanksiyaları geri götürməsindən sonra qaldırılacaq.

Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Krıəm yarımadasını Rusiya ilə birləşdirən yeni körpünün üzərində "Kamaz" yük maşınını sürür. 15 may, 2018.
Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Krıəm yarımadasını Rusiya ilə birləşdirən yeni körpünün üzərində "Kamaz" yük maşınını sürür. 15 may, 2018.

Ukrayna Rusiyaya qarşı 2014-cü il Krım yarımadasının ilhaqı və Şərqi Ukraynada münaqişənin başlanmasından sonra sanksiyalar tətbiq edib. Ukraynanın sanksiyalar siyahısında ümumilikdə 786 hüquqi və Oleq Deripaska, Viktor Veselberq və “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də daxil olmaqla 1759 fiziki şəxsin adı var.

2018-ci ilin iyul ayında rəsmi Kiyev sanksiyalar siyahısına Rusiya federasiyasının partıyalarını, Krimda seçki keçirdiyi üçün Mərkəzi Seçki komissiyasını və Rotenberqlər ailəsinin üzvlərini də əlavə edib. Rusiyanın məhdudiyyətlərlə üzləşən növbəti şirkətləri isə qapalı keçid məntəqələrindən yük daşıyan "Logistika", Qazqolder" və başqaları olub.

XS
SM
MD
LG