Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi münaqişəni müzakirə edib. Bu barədə məlumatı Kreml bazar ertəsi verib.
“Regonda sabitləşdirmə səylərinin koordinasiya edilməsi ilə bağlı hazırlıq ifadə edilib”, Kremlin açıqlamasında bildirilib.
Putin bu ayın əvvəli Azərbaycan və Ermənistan arasında münaqişənin Rusiya üçün olduqca həssas bir məsələ olduğunu bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq iyulun 16-dək davam edən silahlı qarşıdurmada hər iki tərəfdə itkilər olub.
ATƏT-in Minsk Qrupu, ABŞ və Avropa İttifaqı tərəfləri atəşkəsi pozmamağa və döyüşləri dərhal dayandırmağa çağırıb.
ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir.