Accessibility links

Putin və Ərdoğan görüşüb


Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı bir sıra məsələlər, o cümlədən Yaxın Şərqdə gərginliklər ətrafında müzakirələr aparılıb.

İki prezident eyni zamanda rəsmi olaraq Rusiyadan təbii qazı Türkiyə üzərindən Avropanın cənubuna daşıyacaq "Türk axını" boru kəmərinin açılışında iştirak ediblər. Bu, Moskvanın təbii qazın Ukrayna üzərindən nəqlini azaltmaq səylərinin bir hissəsidir.

Qara dənizdən keçən və 930 km uzunluğunda olan boru kəməri layihəsi Moskva ilə Ankara arasında güclü enerji əlaqələrini möhkəmləndirir. Ankara eyni zamanda Türkiyənin keçən il Rusiyadan ən müasir raket müdafiə sistemlərini almasından sonra müdafiə sahəsində Moskva ilə əməkdaşlığı artırıb.

Rusiya və Türkiyə Suriyanın şimal-qərbində İdlib bölgəsindəki qarşıdurmada qarşı tərəfləri dəstəkləkmələrinə baxmayaraq, Suriyanın şimal-şərqində hərbi yerləşdirmələri və Liviyaya nəzarət uğrunda döyüşləri əlaqələndirir.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Serbiya və Bolqarıstan liderlərinin də qatıldığı mərasimdə boru kəmərinin açılışını edib.

"Boru kəməri xalqımızın, Avropanın bütün xalqları və bütün dünyanın mənafeyi naminə qarşılıqlı fəaliyyət və əməkdaşlıq əlaməti oldu" - deyə, Putin bildirib.

Rusiya artıq boru kəməri ilə Avropaya qaz tədarükünə başlayıb. Bu barədə bazar ertəsi qaz operatoru Bulgartransgaz bildirib. Boru kəməri terminalı Türkiyənin Kıyıkoy kəndinə yaxın, Bolqarıstan sərhəddindən 20 km məsafədə yerləşir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG